Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

19 Avqust 2011 - ¹32

 

Məktəb yeni dərs ilinə hazırdır

 

Yeni dərs ilinə hazırlıqla əlaqədar paytaxtın Səbail rayonunda yerləşən 239 nomrəli orta məktəbdə cari təmir işləri yüksək səviyyədə aparılıb.  Məktəbin direktoru Sədaqət Əzimovanın verdiyi məlumata görə, sinif otaqları, dəhlizlər təmir olunub, pəncərə və qapıların  sıradan çıxmış şüşə və avadanlıqları yeniləri ilə  əvəz olunub. Sanitar qovşağı, su xətləri yenilənib, təmir olunub. Məktəbin həyətində abadlıq işləri görülüb,  binanın çöl  divarları rənglənib.  Məktəb yeni dərs ilinə hazırdır.

Təhsil ocağının uğurlarına gəldikdə isə ötən il məktəbi bitirən məzunların 60%-i respublikamızın nüfuzlu ali məktəblərinə daxil olub.  Onlardan 4 nəfəri 650-dən, 1 nəfəri 600-dən, 7 nəfəri isə 500-dən çox bal toplayıb. Məktəbin məzunu Nicat Məmmədli 695 bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub.

Milli Kurikulumun tətbiqi ilə bağlı 2011-2012-ci dərs ilində I siniflərdə dərs deyəcək müəllimlər üçün birhəftəlik təlim kursları keçirilib. Təlim kurslarını müvəffəqiyyətlə bitirən 4 nəfər müəllim sertifikat alıb. Kollektiv ötən dərs ilində əldə etdiyi uğurları bu il daha da artırmaq və möhkəmləndirmək əzmindədir.

Qeyd edək ki məktəbin şagirdləri yay istirahətini də səmərəli şəkildə keçirmişlər. Belə ki, məktəbin 4 nəfər şagirdi Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə iyul ayında Türkiyənin Antalya şəhərində olmuş, 10 nəfər isə Səbail Rayon İcra Hakimiyyətinin və Daxili Qoşunların birgə həyata keçirdiyi layihə üzrə Qubada vətənpərvərlik mövzusunda keçirilən treninqlərdə iştirak edib.

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov