Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət
Proqramının təsdiq olunması haqqında" 07 iyul
2011-ci il tarixli, 1621 nömrəli Sərəncamının
icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin
icrası ilə bağlı Təhsil Nazirliyinin tədbirlər
planı təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin icraya məsul strukturlarının,
yerli təhsili idarəetmə orqanlarının, təhsil
müəssisələrinin rəhbərləri planda nəzərdə
tutulan tədbirlərin icrasını təmin etsinlər və
görülmüş işlər barədə hər ilin dekabr ayının
5-dək nazirliyin rəhbərliyinə hesabat versinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmri "Azərbaycan müəllimi" qəzetində dərc
etdirsin, bu əmri tədbirlər planı ilə birlikdə
nazirliyin İnternet səhifəsində yerləşdirsin.
4. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər
planının çoxaldılıb yerlərə çatdırılmasını təmin
etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini
E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
8 avqust 2011-ci il |