Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

19 Avqust 2011 - ¹32

 

ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil alan gənclərlə görüş keçirildi

 

Avqustun 12-də "Neftqazelmitədqiqatlayihə" İnstitutunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil alan və yay tətilində Bakıda olan tələbələr, proqramın builki qalibləri, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində cari ildə təhsilə başlayacaq tələbələrlə ARDNŞ rəhbərliyinin görüşü keçirildi. Görüşdə təhsil naziri Misir Mərdanov və ARDNŞ prezidenti Rövnəq Abdullayev iştirak edirdilər.

Tədbiri ARDNŞ prezidenti Rövnəq Abdullayev açaraq iştirakçıları salamladı və belə görüşlərin artıq ənənə şəkli aldığını bildirdi.

R.Abdullayev hər il olduğu kimi bu il də ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil almaq istəyən gənclər arasında çox ciddi seçim aparıldığını deyərək qalibləri təbrik etdi, onlara təhsillərində uğurlar arzuladı.

Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizə qazandırdığı uğurlardan danışan R.Abdullayev bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin böyük rolu olduğunu vurğuladı. Bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığı əsasında gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində şirkətdə bir sıra layihələr həyata keçirilir ki, onlarda da məqsəd gəncləri müasir elm və təcrübi biliklərə həvəsləndirməkdir.

R.Abdullayev diqqətə çatdırdı ki, qarşısına beynəlxalq şirkətə çevrilmək məqsədi qoymuş ARDNŞ hazırda istedadlı, bacarıqlı və perspektivli mühəndislərə böyük tələbat duyduğundan müxtəlif proqramlarla belə mühəndislərin hazırlanmasında iştirak edir.

Şirkətin həyata keçirdiyi  təqaüd proqramlarından biri Daxili Təqaüd Proqramı adlanır. Bu proqram neft-qaz sənayesində tələbat duyulan ixtisaslar üzrə təhsil alan tələbələrə ARDNŞ-nin aylıq təqaüdlərinin verilməsini nəzərdə tutur. Qeyd olundu ki, 2010-2011-ci tədris ilinin nəticələri üzrə keçirilən 11-ci təqaüd müsabiqəsinə ilk dəfə olaraq rekord sayda - 1928 tələbə müraciət etmiş, müsabiqəni uğurla keçmiş 200 tələbə ARDNŞ-nin təqaüdünə layiq görülmüşdür. R.Abdullayev onu da diqqətə çatdırdı ki, təhsilini ARDNŞ təqaüdü ilə başa vurmuş məzunlara şirkətdə ixtisaslarına uyğun iş təklif olunur. Son 2 ildə bu yolla 88 məzun işə qəbul olunmuşdur.

Eyni zamanda ARDNŞ savadlı gənc neftçi mütəxəssislərin hazırlanması, kadr potensialının dünya təcrübəsinə yiyələnməsi məqsədi ilə Gənclərin Xaricdə Təhsili üzrə Təqaüd Proqramını da həyata keçirir. İndiyədək bu Proqrama 122 gənc cəlb olunmuşdur. Proqramın 39 iştirakçısı artıq təhsilini müvəffəqiyyətlə başa vuraraq vətənə qayıtmış və hazırda ARDNŞ-nin müxtəlif strukturlarında çalışır. Bu il Proqrama daha 55 nəfər qəbul olunub və seçim davam edir.

Qeyd edildi ki, tələbələrin təhsil aldıqları müddətdə istehsalatla yaxından tanış olmaları, əmək vərdişlərinə yiyələnmələri məqsədilə 2010-cu ildən etibarən ARDNŞ-də ödənişli Yay Təcrübəsi Proqramı təşkil olunur. 2011-ci ildə həyata keçirilən layihədə respublika  daxilində və xaricdə ali məktəblərin  bakalavriat və magistratura pillələrində ARDNŞ-də tələb olunan ixtisaslar üzrə təhsil alan, əsasən "yaxşı" və "əla" qiymətlərlə oxuyan 226 nəfər seçilmişdir. Həmin tələbələr 1 və ya 2 aylıq ödənişli təcrübə keçmək üçün ARDNŞ-nin müvafiq müəssisələrində müvəqqəti işlə təmin olunmuşlar.

R.Abdullayev bildirdi ki, respublikanın enerji sektorunda gənc kadrlara tələbatın yüksək olduğunu nəzərə alaraq, ölkə daxilində və xaricdə təhsil alan tələbə və gənc mütəxəssislərin bu sektora marağını artırmaq məqsədi ilə ARDNŞ 2010-cu ildə olduğu kimi bu il də "SOCAR Yay Məktəbi" proqramı təşkil etmişdir. Hazırda "SOCAR Yay Məktəbi-2011"-ə iştirakçı seçimi üzrə müsabiqə aparılır.

Görüşdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov çıxış edərək ARDNŞ-nin təqaüdçüsü olmuş gəncləri və bu il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almağa gedənləri təbrik etdi. Nazir ölkəmizdə gənclərin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu deyərək Azərbaycan hökuməti və ölkə Prezidentinin həyata keçirdiyi siyasətini məhz gənclərə yönəlmiş bir siyasət olduğunu vurğuladı.

"Əsrin müqaviləsi"nin imzalandığı 1994-cü il 20 sentyabr tarixini xatırladan nazir hazırda ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında böyük vüsətlə həyata keçirilən quruculuq işlərinin məhz həmin müqavilənin nəticəsi olduğunu, həyatın bütün sahələrində gedən güclü inkişafda neft amilinin böyük rol oynadığını, son illər neft gəlirlərinin insan kapitalına çevrilməsi istiqamətində ölkədə düşünülmüş məqsədyönlü siyasət həyata keçirildiyini bildirdi.

Çıxışında Azərbaycandan xaricdə təhsil almağa göndərilmənin tarixinə də qısa nəzər salan nazir kütləvi şəkildə ilk dəfə 1919-cu ildə Xalq Cümhuriyyəti dövründə 100 nəfər gəncin xarici ölkələrin ən yaxşı ali məktəblərinə göndərildiyini, bu işin ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 70-ci illərdə xüsusilə böyük vüsət aldığını və belə gənclərin sayının ildə 45 nəfərdən 1500 nəfərə çatdırıldığını, müstəqilliyin bərpasından sonra isə bu işin daha geniş müstəvidə həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi məlum Dövlət Proqramına əsasən 2007-ci ildən bəri proqram çərçivəsində 800-dən artıq gənc xarici ölkələrin ən nüfuzlu universitetlərinə göndərilib, bu il isə 250 gəncin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulub. Artıq onların 120-nin sənədləri təsdiq olunub.

Təhsil naziri çıxışının sonunda gənclərə öz tövsiyələrini verərək onları xaricdə ölkəmizi ləyaqətlə təmsil etməyə səslədi.

Görüşdə habelə tələbələri maraqlandıran suallar cavablandırıldı, onların irəli sürdükləri təkliflər müzakirə olundu.

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov