Xəbər
verdiyimiz kimi, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Bakı Şəhər İcra
Hakimiyyətində şəhərətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafına həsr olunmuş
müşavirədə kənd və qəsəbələrdə abadlıq və
quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların
icrası ilə tanış olmaq üçün ayrı-ayrı yaşayış
sahələrində olmuşdu. Avqustun 17-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Xəzər
rayonunun Şağan qəsəbəsində görülən işlərlə
yaxından tanış olmuşdur.
Abadlıq və
quruculuq işləri ilə yaxından tanış olan
Prezident İlham Əliyev qəsəbə sakinləri ilə
görüşdü.
Sakinlər
dövlətimizin başçısını səmimiyyətlə
qarşıladılar.
Sonda qəsəbə
sakinləri Prezident İlham Əliyev ilə xatirə
şəkli çəkdirdilər.
***
Qəsəbə
sakinləri ilə görüşdən sonra dövlətimizin
başçısı 124 nömrəli orta məktəbə gedərək
buradakı vəziyyətlə yerindəcə tanış oldu.
Bildirildi ki, 250 şagird yerlik bu məktəbdə
800-ə yaxın şagird təhsil alır. Məktəbdə dərslər
iki növbədə keçilir.
Buradakı
şəraitlə yaxından tanış olan Prezident İlham
Əliyev məktəbin əsaslı şəkildə təmir olunmasını
tapşırdı. Dövlət başçısı qəsəbədəki şagird
sıxlığını nəzərə alaraq əlavə korpusun əvəzinə
gələn il üçün Şağan qəsəbəsində 1000 şagird yeri
olan yeni məktəb binasının inşası ilə bağlı
göstərişlərini verdi.
AzərTAc |