Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

19 Avqust 2011 - ¹32

 

Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı 189 və 150 nömrəli məktəblərin binalarında əsaslı təmir
və yenidənqurma işlərinin gedişi ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Bakının Səbail rayonundakı 189 və Yasamal rayonundakı 150 nömrəli orta ümumtəhsil məktəblərinin binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Proqrama əsasən Bakı şəhərində 111 təhsil obyektinin əsaslı təmirinə başlanılıb. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, dövlət proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulur.

Prezident İlham Əliyev əvvəlcə Səbail rayonundakı Eldar Məmmədov adına 189 nömrəli orta ümumtəhsil məktəbində aparılan yenidənqurma işləri ilə tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, 1200 şagird yeri olan 189 nömrəli məktəbin binası 1934-cü ildə inşa edilib, dörd mərtəbədən ibarətdir. Məktəbin binası 1941-1945-ci illərdə 15/46 nömrəli təxliyə hospitalı kimi fəaliyyət göstərib. Məktəbdə dərslər iki növbədə keçirilir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəb binalarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı tədbirlər planına uyğun olaraq 189 nömrəli təhsil ocağında da əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Məktəbin bütün sinif otaqları yüksək standartlara uyğun təmir edilir, qapı və pəncərələr yeniləri ilə əvəz olunur, döşəmə və tavan ən müasir səviyyədə yenidən qurulur. Əsaslı təmir işlərindən sonra binanın yeni dərs ilində istifadəyə veriləcəyi nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı Faiq Rzayev adına 150 nömrəli orta məktəbə gəldi. Burada da görülən işlər barədə Prezidentə məlumat verildi. Bildirildi ki, 150 nömrəli orta məktəbin binası hər biri ikimərtəbəli iki korpusdan ibarətdir. Korpuslardan biri 1897-ci ildə, digəri isə 1937-ci ildə inşa edilib. Məktəbdə 650 şagird təhsil alır. Korpuslardan birində 8 sinif otağı tamamilə yararsız vəziyyətə düşdüyündən məktəbdə dərslər iki növbədə tədris olunurdu. Əsaslı bərpa və yenidənqurma işlərinin ən yüksək standartlara uyğun şəkildə həyata keçirildiyi qeyd olundu. Bildirildi ki, yararsız vəziyyətdə olan 8 sinif otağı istifadəyə verildikdən sonra dərslər yenidən bir növbədə tədris olunacaqdır. Məktəbin korpuslarını birləşdirən keçid tamamilə yararsız vəziyyətdə olduğundan sökülərək yenidən inşa edilir.

Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Azərbaycan Prezidenti müvafiq tapşırıqlarını verdi.

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov