Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

12 Avqust 2011 - ¹31

 

Dünya universitetləri

 

Perdyu Universiteti

 
  Yerləşir: ABŞ, İndiana ştatı,  Uest-Lafayett şəhəri  
Yaranma tarixi: 1869-cu il
Tipi: Dövlət
Müəllimlərin ümumi sayı: 7000 nəfər
Tələbələrin ümumi sayı: 40000 nəfər
İllik gəlirləri: 1263377000 ABŞ dolları
İllik xərcləri: 1738640000 ABŞ dolları 
Rəsmi saytı: www.purdue.edu
 

Perdyu Universiteti (Purdue University) ABŞ-da İndiana ştatının Uest-Lafayett şəhərində yerləşir və ölkənin ən nüfuzlu ali məktəblərindən biridir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə tərtib etdiyi dünya universitetlərinin reytinqinə əsasən, Perdyu Universiteti 100 ən yaxşı ali məktəb arasında 87-ci yerə layiq görülüb. Perdyu Universiteti 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 106-cı, "QS World University Rankings"in açıqlamasına görə isə 87-ci yerdə qərarlaşıb. 

Tarixi 

1862-ci il iyulun 2-də ABŞ prezidenti Avraam Linkoln Morill qanununu imzalayır. Morill qanununa əsasən ABŞ-ın hər bir ştatında kənd təsərrüfatı, mexanika və hərbi hazırlıq ixtisasları üzrə mütəxəssis hazırlayan dövlət universitetlərinin yaradılması üçün torpaq sahələri ayrılır.

1865-ci ildə İndiana ştatının Baş Assambleyası Morill qanunundan istifadə edərək maşınqayırma sahəsi üçün mütəxəssislər hazırlayan təhsil müəssisəsi yaratmağı planlaşdırır. İş adamı və xeyriyyəçi Con Perdyu İndiana ştatında kollec yaradılması üçün 150000 ABŞ dolları, eləcə də Tippekano ərazisində 100 akr torpaq sahəsi bağışlayır. 1869-cu il mayın 6-da Uest-Lafayett şəhəri yaxınlığında yeni ali təhsil müəssisəsi yaradılır və himayəçisinin şərəfinə Perdyu Universiteti adlandırılır.

1872-ci ildə Riçard Ouen universitetin ilk prezidenti təyin olunur. Ali məktəbdə ilk dərslər 1874-cü il sentyabrın 16-da 6 müəllim və 39 tələbə ilə başlayır. 1875-ci ildə universitet kimya sahəsi üzrə ilk bakalavr səviyyəsini verir. 

Perdyu Universiteti ABŞ-da aerokosmik ixtisas təklif edən, sonradan isə aeroport açan ilk universitetdir. Eyni zamanda bu universitet dünyada aviasiya sahəsi üzrə 4 illik bakalavr təhsili verən ilk ali məktəbdir. 1908-ci ildə Perdyu Universitetinin aerokosmik ixtisası üzrə ilk məzunu Klifford Terpin təyyarəçi işləməyə başlayır. Məşhur təyyarəçi Ameliya Erxart 1935-ci ildə Perdyu Universitetinə işləməyə gəlir və 1937-ci ildə itkin düşənədək bu ali məktəbdə çalışır. Hazırda universitetin kitabxanasında Erxart haqqında geniş kolleksiya mövcuddur və bu gün də onun yoxa çıxmasının sirlərini açıqlamağa çalışan tədqiqatçılar var. Həmçinin universitetdə Erxartın adını daşıyan yataqxana fəaliyyət göstərir.   

Büdcəsi və təhsil haqqı

 2010-cu ildə Perdyu Universitetinin illik gəlirləri 1263377000 ABŞ dolları olub. Bu məbləğin 615423000-ni təhsil haqqı və digər yığımlardan, 339392000-ni qrant və sazişlərdən, 64509000-ni satış və xidmətlərdən, 220023000-ni köməkçi müəssisələrdən əldə olunan vəsaitlər, qalanını isə digər gəlirlər təşkil edib. 

Ötən tədris ilində universitetin xərcləri 1738640000 ABŞ dolları olub. Həmin vəsaitin 1172492000-ni kompensasiya və güzəştlər, 388288000-ni təchizat və xidmətlər, 112629000-ni qiymətdən düşmə və amortizasiya, 65231000-ni tələbələrə verilən təqaüd, qalanını isə digər məsrəflər təşkil edib.

Perdyu Universitetində illik təhsil haqqı İndiana ştatından olan tələbələr üçün 18988, digər ştatlardan olanlar üçün 37156, əcnəbi tələbələr üçün isə 38156 ABŞ dolları civarında müəyyən edilib.

Perdyu Universitetində 1 il təhsil almaq üçün İndiana ştatından olan tələbəyə təhsil haqqı daxil olmaqla ümumilikdə 22748, digər ştatlardan olanlar üçün 41126, əcnəbilər üçün isə 42126 ABŞ dolları lazımdır. Bu məbləğə tələbələrin yataqxana, qida, nəqliyyat, dərs ləvazimatları və digər xərcləri daxildir.  

Universitet bu gün 

Perdyu Universitetinin kampusu Uest-Lafayett şəhərində Uebeş çayının qərb sahilində yerləşir və ümumilikdə 9336 km²  (2474 akr) ərazini əhatə edir. Universitetin akademik binaları əsasən kampusun şərq və cənub, yataqxanalar qərb, idman kompleksləri isə şimal hissələrində cəmləşib. Kampus daxilində tələbə və müəllimlər ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Həmçinin  Perdyu Universiteti əlavə  olaraq kənd təsərrüfatı və sənaye tədqiqatları aparılan 60084 km²  (15108 akr) əraziyə malikdir.

Perdyu Moll Perdyu Universitetinin mərkəzi həyətidir. Burada bir neçə mühəndislik müəssisəsi yerləşdiyindən Perdyu Mollu Mühəndislik Moll da adlandırırlar. Perdyu Moll ərazisində 12 metr hündürlüyündə Mühəndislik fontanı, prezidentin ofisinin olduğu Frederik Hovd binası, universitetin simvolu olan Perdyu Zəng Qülləsi yerləşir. Perdyu Mollun cənub-qərbində dünyada ən böyük ön teatr səhnələrindən birinə malik olan Edvard Elliot Musiqi binası mövcuddur. Universitetin Tələbə Konsert Komitəsinin dəvəti ilə bu səhnədə bir çox məşhur sənətçilər çıxış edir. Eyni zamanda Perdyu Moll yaxınlığında 1903-cü ildə dəmiryolu qəzasında həlak olmuş universitetin 17 futbolçu, məşqçi, məzun və azarkeşlərinin şərəfinə 1909-cu ildə inşa edilmiş Feliks Haas Holl binası yerləşir.

Universitetin Memorial Moll hissəsi Perdyu Molldan cənubdadır və bura kampusun orijinal hissəsi hesab olunur. Memorial Mollun otla örtülmüş ərazisi tələbələrin sevimli görüş yeridir. Burada Stüart Tələbə, Stenli Kolter, Mühazirə mərkəzləri, Deklamasiya, Universitet binaları yerləşir. Perdyu Universitetinin ilk 6 binasından bu günümüzədək qalan 1871-ci ildə tikilmiş Universitet Holldur. Con Perdyu öz istəyi ilə Memorial Moll ərazisində, Universitet Holl binasının əsas girişinin qarşısında dəfn olunub.

Steyt Strit ərazisindən cənubda Perdyu Kənd Təsərrüfatı və Baytarlıq məktəblərinin binaları yerləşir. Bu ərazidə Bağçılıq bağları, Diskaveri parkı, Perdyu aeroportu mövcuddur. Kampusun qərb hissəsində tələbə yataqxanaları və istirahət mərkəzləri cəmlənib. 1957-ci ildə tikilmiş Perdyu İdman Mərkəzi də kampusun bu hissəsindədir. Kampusun şimalında Ross-Ade stadionu, Makkey basketbol arenası, Sleyter İfaçılıq Sənəti Mərkəzi yerləşir.

Perdyu Universitetinin nəzdində aşağıdakı kollec və məktəblər fəaliyyət göstərir:

Kənd Təsərrüfatı Kolleci bu sahə üzrə ölkənin ən inkişaf etmiş kolleclərindən biridir. Kollecdə Kənd təsərrüfatı və bioloji mühəndislik, Kənd təsərrüfatı iqtisadiyyatı, Aqronomluq, Heyvandarlıq elmləri, Biokimya, Botanika və bitki patalogiyası, Entomologiya, Qida elmləri, Meşə və təbiət resursları, Bağçılıq və landşaft memarlığı, Gəncliyin inkişafı və aqrar təhsil akademik departamentləri, Kənd təsərrüfatı tədqiqatları proqramları, Kənd təsərrüfatı üzrə beynəlxalq proqramlar, İdarəetmə, Genişləndirmə inzibati departamentləri, Kənd təsərrüfatı əlaqələri, Kənd təsərrüfatı və informasiya texnologiyaları birləşmiş departamentləri,  Təbiət resursları və ekologiya, Həyat elmləri fənlərarası departamentləri mövcuddur.

Pedaqogika Kolleci ibtidai, orta umumtəhsil məktəbləri üçün müəllim, tədris-təlim liderləri, administratorlar, məktəb vəkilləri, psixoloqları, tədris proqramları üzrə mütəxəssislər, pedaqoq və təhsil tədqiqatçıları hazırlığı üzrə ölkənin qabaqcıl təhsil müəssisələrindən biridir. Kollecdə Akerman Demokratik Vətəndaşlıq, Təhsil və Savadlılıq, Perdyu Məsləhət və Yardım, Virtual Mühitin Öyrənilməsi, Texnika və Texnologiya Resursları, Qiymətləndirmə Tədqiqat mərkəzləri, Qabiliyyətli Uşaqların Təhsili İnstitutu, Psixometrik Tədris Laboratoriyası fəaliyyət göstərir.

Mühəndislik Kollecinə Aeronavtika və Astronavtika, Kənd Təsərrüfatı və Bioloji Mühəndislik (Kənd təsərrüfatı mühəndisliyi, Maşın sistemləri mühəndisliyi, Bioloji mühəndislik departamentləri), Uildon Biotibbi Mühəndislik, Kimya Mühəndisliyi, Vətəndaş Mühəndisliyi, Tikinti və İdarəetmə Mühəndisliyi, Elektrik və Kompüter Mühəndisliyi, Mühəndislik Təhsili, Sənaye Mühəndisliyi, Materialşünaslıq, Maşınqayırma, Nüvə İşlənməsi məktəbləri aiddir.

Səhiyyə və Sosial Elmlər Kolleci universitetin ən yeni kolleclərindən biridir və 2010-cu il iyulun 1-dən fəaliyyətə başlayıb. Kollecə İstehlakçı elmləri və pərakəndə satış, Sağlamlıq və kineziologiya, Tibb elmləri, Qonaqpərvərlik və turizm idarəetməsi, İnsan inkişafı və ailə tədqiqatları, Tibb bacısı, Qida elmləri, Psixologiya, Nitq, dil və eşitmə elmləri departamentləri daxildir.

Humanitar Elmlər Kollecinə Antropologiya, Kommunikasiya, İngilis dili, Xarici dillər və ədəbiyyatlar, Tarix, Fəlsəfə, Politologiya, Sosiologiya departamentləri, Petti və Rasti Rueff Vizual və Təsviri İncəsənət Məktəbi daxildir. Humanitar elmlər universitet yarandığı vaxtdan tədris edilsə də, Humanitar Elmlər Məktəbi universitetdə 1963-cü ildə fəaliyyətə başlayıb. Məktəb 2005-ci ildən Humanitar Elmlər Kolleci adlandırılıb.

Dəqiq Elmlər Kollecində Biologiya, Kimya, İnformatika, Yer və atmosfer elmləri, Riyaziyyat, Fizika, Statistika departamentləri mövcuddur. Perdyu Universitetində ilk dövrlərdən dəqiq elmlər tədris edilsə də, Dəqiq Elmlər Məktəbi 1907-ci ildə yaradılıb, 2004-cü ildə isə Dəqiq Elmlər Kolleci adlandırılıb.

Əczaçılıq Kolleci 1884-cü ildə yaradılıb və 1970-ci ildə istifadəyə verilmiş Robrt Heyne Əczaçılıq binasında fəaliyyət göstərir. Kollec 3 akademik (Sənaye və fiziki əczaçılıq, Tibbi kimya və molekulyar əczaçılıq, Əczaçılıq təcrübəsi) və 6 inzibati departamentdən ibarətdir.

Texnologiya Kolleci ABŞ-ın ən böyük texnologiya məktəblərindən biridir və ölkə reytinqinə görə daim ilk yerləri tutur. 1964-cü ildə Texnologiya Məktəbi adı altında yaradılan təhsil müəssisəsi 2005-ci ildən Texnologiya Kolleci adlandırılır. Kollecə Aviasiya texnologiyası, Bina tikintisinin idarə olunması, Kompüter qrafikası texnologiyası, Kompüter və informasiya texnologiyaları, Elektrik və kompüter mühəndisliyi texnologiyası, Maşınqayırma texnologiyası, Liderlik texnologiyası və innovasiya departamentləri daxildir.

Tibb Məktəbi Anatomiya və hüceyrə biologiyası, Anesteziya, Biokimya və molekulyar biologiya, Biostatistika, Hüceyrə və inteqrativ fiziologiya, Dermatologiya, Təcili tibbi yardım, Ailə tibbi, Tibbi və molekulyar genetika, Tibb, Mikrobiologiya və immunologiya, Nevroloji cərrahiyyə, Nevrologiya, Mamalıq və ginekologiya, Oftalmologiya, Ortopedik cərrahiyyə, Otolarinqologiya - baş və boyun cərrahiyyəsi, Patalogiya və laborator tibb, Pediatriya, Farmakologiya və toksikologiya, Fiziki tibb və reabilitasiya, Psixiatriya, Səhiyyə, Radiasiya onkologiyası, Radiologiya və əks etdirmə elmləri, Cərrahiyyə, Urologiya departamentlərindən ibarətdir.

Baytarlıq Məktəbində Əsas tibbi elmlər, Müqayisəli patobiologiya, Veterinar kliniki elmlər departamentləri fəaliyyət göstərir. Məktəb 1877-ci ildə Kənd Təsərrüfatı Kollecinin departamenti kimi yaradılıb, 1974-cü ildən isə Baytarlıq Məktəbi kimi fəaliyyətə başlayıb.

Krannet İdarəetmə Məktəbi Mühasibat, Maliyyə, İdarəetmə informasiya sistemləri, Marketinq, Əməliyyatların idarə edilməsi, Təşkilatı davranış və insan resurslarının idarə olunması, Miqdar metodları, İdarəetmə elmi, Strateji idarəetmə bölmələrindən ibarətdir.  

Ali Məktəbdə isə universitetin nəzdindəki kollec və məktəblərdə təklif edilən proqramlar üzrə magistr və doktorluq proqramları tədris olunur. 

Perdyu Universitetinin 11-ci prezidenti Frans Enn Kordova, rektoru isə Timoti Sendsdir. Universitetdə 7000 nəfərə yaxın müəllim çalışır. Ötən tədris ilində Perdyu Universitetinin tələbələrinin sayı təxminən  40000-ə qədər olub. Onların 31145 nəfərini bakalavr, qalanlarını isə magistr və doktorantlar təşkil edib. Universitetdə təhsil alan gənclərin əksəriyyətini (39000-dən çox) İndiana ştatı sakinləri təşkil edir. Əcnəbi tələbələr əsasən magistratura və doktorantura səviyyələrində təhsil alırlar (78%). 

Perdyu Universitetində ümumilikdə 15 yataqxana, eləcə də Keri Dördbucağı, Erxart Holl, Harrison Holl, Hokins Holl, Hillenbrand Holl, Hiltop, Makkatçen, Meredit, Ouen, Şriv, Tarkinqton, Uili, Vindzor yataqxana kompleksləri, Perdyu tələbə kəndi mövcuddur. Keri və Tarkinqton yataqxana kompleksləri yalnız oğlan, Vindzor qız, qalan yataqxanalar isə bütün tələbələr üçün nəzərdə tutulub. 2009-cu ildə istifadəyə verilmiş First Street Tauers yataqxana kompleksi yuxarı kurs tələbələri üçündür. Eyni zamanda universitetdə əlavə 5 oğlan (Serkl Payns, Feyrvey, Marvud, Çonsi, Cimini) və 7 qız (Enn Tuideyl, Qlenvud, Tvin Payns, Maklur, Styuart, Devonşir, Şumeyker) yataqxanaları fəaliyyət göstərir. Yataqxanada otaqların illik qiyməti 6936-15686 ABŞ dolları arasında dəyişir.

Son zamanlar Perdyu Universiteti aviasiya sahəsi üzrə mütəxəssislər hazırlayan ən güclü ali məktəblərdən birinə çevrilib. Universitetin məzunları kosmik-aviasiya texnologiyaları üzrə ən müasir tədqiqatlar, araşdırmalar aparır, kosmik fəzanın mənimsənilməsində yüksək nəticələr əldə edir, ölkənin ən nəhəng hökumət müəssisələri və korporasiyalarında rəhbər vəzifələri tuturlar.  

 

Universitetin məşhur məzunları 

  Kirk Fordis Missisipi ştatının sabiq qubernatoru  
  Harri Lesli İndiana ştatının sabiq qubernatoru  
  Cefri Leker  Riçmond Federal Ehtiyat bankının prezidenti  
  Ceyn Beyker  Kaliforniya ştatı San-Mateo şəhərinin ilk qadın meri  
  Maurisio Fernandes Qarza  San-Pedro-Qarza Qarsia şəhərinin meri  
  Çarlz Konner ABŞ kənd təsərrüfatı nazirinin sabiq müavini  
  Vernon Smit  iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Robert Altenkirç  Nyu-Cersi Texnologiya İnstitutunun prezidenti  
  Toni Frenk  Kolorado Ştat Universitetinin vitse-prezidenti  
  Artur Hansen Corciya Texnologiya İnstitutunun sabiq prezidenti   
  Kennet Şou  Sirakuz Universitetinin kansleri  
  Hyuqo Sonnensçeyn Çikaqo Universitetinin prezidenti  
  Selli Meyson Ayova Ştat Universitetinin prezidenti  
  Nil Armstronq Aya qədəm qoymuş ilk astronavt  

 

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov