Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

12 Avqust 2011 - ¹31

 

ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü Proqramı ilə Azərbaycan dili öyrənilir

 

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, iyunun 13-də 11 nəfərdən ibarət bir qrup tələbə ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün Azərbaycan Dillər Universitetinə gəlib.

ADU-da olduqları müddətdə amerikalı tələbələr Yanardağ və Atəşgaha, Tarix muzeyinə, müxtəlif dini yerlərə, o cümlədən kilsələrə, məscidlərə və sinaqoqlara, eləcə də Qala etnoqrafik muzeyi və Botanika bağına gediblər. Bununla yanaşı, Azərbaycanın qədim və tarixi yerlərindən biri hesab olunan Şəki şəhərində də olublar. Onlar Şəkidə olduqları zaman Şəki xan sarayı, Cümə məscidi, Yeni Şəki qalası, Gələrsən-görərsən qalası, Kiş kafedral alban məbədini ziyarət ediblər. Amerikalı tələbələr Şəkidən başqa digər qədim və gözəl şəhərlərimizdən biri Gəncə şəhərinə də getdilər. Burada Xan bağı, Gəncə hamamı, Cavadxan mavzoleyində oldular.

 8 həftə ərzində amerikalı tələbələr Azərbaycan dilini öyrəndilər, Azərbaycanın mədəniyyəti, tarixi, etnoqrafiyası haqqında biliklərə yiyələndilər. Bununla yanaşı onlar Azərbaycan ailələrində yaşayaraq ailə mədəniyyətini öyrəndilər. Amerikalı tələbələrin bəziləri tar dərslərində də iştirak etdilər.

Qeyd edək ki, bu ilin Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrdə bilən tələbələr daxildir. Proqrama ev sahibliyini Azərbaycan Dillər Universiteti etdi. Proqram həftədə azı 20 saat olmaqla  qruplarda keçirilən intensiv dil təlimi və təşkil olunmuş mədəni-maarifləndirici təcrübə təqdim etdi.

Builki Önəmli Dil Tələbələri Azərbaycan dili də daxil olmaqla, 14 prioritet dili öyrənən 575 ABŞ bakalavr və magistrantlarının arasındadırlar. Onlar meyarlı seçim prosesində 5200 ərizəçi arasından seçiliblər.

2006-cı ildə ABŞ Dövlət Departamenti amerikalı tələbələrin xarici ölkələrdə önəmli dilləri öyrənmək imkanlarını artırmaq məqsədilə İntensiv Yay İnstitutları üçün Önəmli Dil Təqaüdləri Proqramını başladı. Proqram ABŞ dövlətinin Azərbaycan dili kimi önəmli dilləri öyrənən və inkişaf etdirən amerikalıların sayını artırmaq təşəbbüsünün bir hissəsidir. 

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov