Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan
Respublikasında 2011-ci ilin "Turizm ili" elan
edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq
olunması haqqında" 20 iyul 2011-ci il tarixli,
1644 nömrəli Sərəncamının icrasını təmin etmək
məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan
Respublikasında 2011-ci ilin "Turizm ili" elan
edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər
Planı təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin
icraya məsul strukturlarının, yerli təhsili
idarəetmə orqanlarının, təhsil müəssisələrinin
rəhbərləri planda nəzərdə tutulan tədbirlərin
icrasını təmin etsinlər və görülmüş işlər barədə
20 dekabr 2011-ci il tarixədək nazirliyin
rəhbərliyinə hesabat versinlər.
3.
İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri
"Azərbaycan müəllimi" qəzetində dərc etdirsin,
bu əmri tədbirlər planı ilə birlikdə nazirliyin
İnternet səhifəsində yerləşdirsin.
4. Ümumi şöbə
(X.Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb
yerlərə çatdırılmasını təmin etsin.
5. Əmrin
icrasına nəzarət nazir müavini E.Qasımova həvalə
edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
8 avqust 2011-ci il |