Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. 2011-ci il
iyunun 9-da Lyublyana şəhərində imzalanmış
"Azərbaycan Respublikası Hökuməti və Sloveniya
Respublikası Hökuməti arasında mədəniyyət,
təhsil və elm sahələrində əməkdaşlıq haqqında
Saziş" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Fərmanın
1-ci hissəsində göstərilən Sazişin müddəalarının
həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
Sazişin qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirildiyi
barədə Sloveniya Respublikası Hökumətini
xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyul 2011-ci il |