Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - ¹27

 

Azərbaycanın təhsil nazirləri

Mahmud Səfər oğlu Ağayev

 

 Mahmud Səfər oğlu Ağayev 1897-ci ildə Bakıda anadan olub.

1910-cu ildə ibtidai rus-tatar (rus-Azərbaycan) məktəbini bitirib. Atası ilə İrana gedib, bir müddət orada yaşayıb. 1912-ci ildə Azərbaycana qayıtdıqdan sonra dərzi sənətinə yiyələnib.

Fəal ictimai işlərə qoşulub, 1917-ci ildə bolşevik partiyasının üzvlüyünə qəbul olunub. 1922-1925-ci illərdə Moskvada Kommunist Universitetində, 1929-1933-cü illərdə isə Qırmızı Professura Ədəbiyyat İnstitutunda oxuyub.

Dövrünün mötəbər ali məktəblərində təhsil almış Mahmud Ağayev Azərbaycana qayıtdıqdan sonra əvvəlcə AK(b)PMK-nın orqanı olan "Bolşevik" jurnalının redaktoru vəzifəsində çalışıb. Sonra o, "Kommunist" qəzetinə redaktor təyin edilib. Mətbuat sahəsindən AK(b)P Bakı Komitəsinə şöbə müdiri göndərilib, respublika marksizm-leninizm kurslarının direktoru vəzifəsində çalışıb. AK(b)PMK və Azərbaycan SSR MİK-in üzvü olub.

Mahmud Ağayev 1934-cü ildə Azərbaycanın xalq maarifi komissarı vəzifəsində çalışıb.

1934-cü il sentyabr ayının 3-də SSRİ XKC və ÜİK(b)PMK ibtidai, natamam orta və orta məktəbdə tədris işinin təşkili və daxili intizam haqqında qərar qəbul edib. Bundan sonra hər bir sinifdə dərslərin miqdarı müəyyənləşdirilir, məktəblərə qəbul, sinifdən-sinfə keçmə, şagirdləri rəğbətləndirmə və cəzalandırma, şagird bileti, şagirdlər üçün qaydalar və s. haqqında mühüm tədbirlər həyata keçirilib.

1934-cü ildə xalq maarifi sahəsində ən mühüm məsələ ibtidai və orta məktəblərin quruluşundakı dəyişikliklərlə bağlı idi. XKS və ÜİK(b)P MK-nın 15 may 1934-cü il tarixli qərarına əsasən ibtidai məktəblər 4 sinifdən (I-IV), natamam orta məktəblər 7 sinifdən (I-VII) və orta məktəblər 10 sinifdən (I-X) ibarət təşkil edilib.

Mahmud Ağayev xalq maarifi komissarı işlədiyi dövrdə məktəblərdə bədən tərbiyəsi dərsləri, davamiyyət, şagirdlərin ictimai işləri, dərsin müddəti, tənəffüslər, ev tapşırıqlarının həcmi, məktəblərdə dərsin başlanması və s. məsələlərlə əlaqədar mühüm sənədlər qəbul edilib.

Mahmud Ağayev 1937-ci ildə vəfat edib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycanın təhsil nazirləri" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov