Son illər
ərzində aparılan davamlı islahatlar siyasəti
ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli
dərəcədə güclənməsinə imkan vermiş, dinamik
sosial-iqtisadi inkişafı və insanlarımızın rifah
halının yaxşılaşmasını təmin etmişdir.
Məqsədyönlü iqtisadi inkişaf strategiyasının
həyata keçirilməsi nəticəsində Azərbaycan orta
gəlirli dövlətlər sırasına daxil olmuşdur.
İnkişafın
innovasiya mərhələsinə keçilməsi,
rəqabətədavamlı milli iqtisadiyyatın
formalaşdırılması və inkişaf dinamikasının
sürətləndirilməsi başlıca olaraq insan kapitalı
ilə bağlı bir çox məsələlərin öz həllini
tapmasını, o cümlədən təhsilin dünya
standartlarına cavab verməsini tələb edir.
Respublikamızın mövcud potensialı müasir və
innovativ təhsil sisteminin təkmilləşdirilməsi
üçün geniş imkanlar açmaqla onun iqtisadi
inkişafın mühüm amilinə çevrilməsini təmin
etməlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə
informasiya cəmiyyətinin qurulmasını və
biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni
təhsil modelinə tələbatını nəzərə alaraq
QƏRARA ALIRAM:
1.
"2011-2021-ci illərdə Azərbaycan təhsilinin
inkişafı üzrə Milli Strategiya"nın hazırlanması
ilə bağlı aşağıdakı tərkibdə Dövlət Komissiyası
yaradılsın:
|
Dövlət Komissiyasının sədri |
Ramiz Mehdiyev |
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri |
Dövlət Komissiyasının üzvləri |
Elçin Əfəndiyev |
Azərbaycan Respublikası Baş
nazirinin müavini |
Misir Mərdanov |
Azərbaycan Respublikasının
təhsil naziri |
Samir Şərifov |
Azərbaycan Respublikasının
maliyyə naziri |
Əli Abbasov |
Azərbaycan Respublikasının
rabitə və informasiya
texnologiyaları naziri |
Elman Rüstəmov |
Azərbaycan Respublikası Mərkəzi
Bankının sədri |
Məleykə Abbaszadə |
Azərbaycan Respublikası Tələbə
Qəbulu üzrə Dövlət
Komissiyasının sədri
|
Şahmar Mövsümov |
Azərbaycan Respublikası Dövlət
Neft Fondunun icraçı direktoru |
Fatma Abdullazadə |
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Humanitar siyasət məsələləri
şöbəsinin müdiri |
İsmayıl Sadıqov |
Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının elm,
mədəniyyət, xalq təhsili və
sosial problemlər şöbəsinin
müdiri |
|
|
1-ci
hissəsi ilə yaradılmış Dövlət Komissiyası
"2011-2021-ci illərdə Azərbaycan təhsilinin
inkişafı üzrə Milli Strategiya"nın layihəsini üç
ay müddətində hazırlayıb təsdiq olunmaq üçün
Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul 2011-ci il |