Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

08 İyul 2011 - ¹26

 

Xarici mətbuat səhifələrində

 

Ukraynada şagirdlər üçün vahid elektron dərslik hazırlanır 

Ukraynada şagirdlər üçün vahid elektron dərslik hazırlanır. Bu barədə ölkənin təhsil və elm, idman və gənclər naziri Dmitri Tabaçnik  açıqlama verib. Bu, məktəb kursu üzrə bütün fənlərin təmsil olunduğu universal təhsil toplusu olacaq. Dərslikdə həm məktəb, həm məktəbdənkənar və həm də müəllim ehtiyatları proqramlarına yer veriləcək. Nazir hesab edir ki, bu, çox uğurlu variantdır, uşaqlar öz dərs kurslarını 5-6-7-ci siniflər üzrə təkrarlaya bilərlər. Tabaçnik ümid etdiyini bildirib ki, tezliklə milli elektron dərsliyi işləyib hazırlamaq və  onu sertifikatlaşdırmaq mümkün olacaq.  Elektron dərsliyin tədrisi vaxtı və onun maliyyələşdirilməsi barədə hələlik ətraflı məlumat verilmir. Nazir qeyd edib ki, hazırda bu məsələ üzərində işlər davam etdirilir.  

MDB ölkələri arasında təhsil əlaqələri genişlənir 

Düşənbədə MDB üzvü olan ölkələrin təhsil nazirlərinin 18-ci konfransı keçirilib. Konfransda çıxış edən RF təhsil və elm naziri Andrey Fursenko MDB ölkələrindən Rusiyaya təhsil almağa gələn tələbələrin sayının 10 dəfə  artdığını bildirib. Cari ildə Rusiya ali məktəblərinin MDB dövlətlərindən 5 min tələbə qəbul edəcəyini deyən A.Fursenko MDB ölkələri universitetləri arasında tələbə, aspirant,  tədris və təcrübə mübadilə proqramları sahəsində müsbət tendensiyaların  müşahidə olunduğunu  qeyd edib. Konfransda iştirak edən nazirlər MDB Universitetlər Şəbəkəsinin fəaliyyətinin inkişaf etdirilməsinə dəstək göstərilməsi, MDB ölkələri təhsil işçilərinin II qurultayına hazırlığın gedişi, təhsil sahəsində MDB ölkələrinin baza təhsil təşkilatları arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, MDB Universitetlər Şəbəkəsi postsovet məkanı ölkələrinin ən iri universitetlərini bir araya gətirməklə 2010-cu ildən fəaliyyətə başlayıb. Şəbəkədə 8 ölkədən olan 144 tələbə  beynəlxalq hüquq, beynəlxalq layihələrin idarə olunması,  beynəlxalq  menecment, beynəlxalq təcrübə, filologiya (rus dili və ədəbiyyatı) ixtisasları üzrə təhsil alır.  

İstedadlı uşaqlar planetin gələcəyidir 

Moskvada İttifaqlar Evinin Sütunlu Salonunda "İstedadlı uşaqlar" Beynəlxalq Moskva Forumunun iştirakçılarına mükafatların təqdim olunması mərasimi keçirilib. Bu dəfə paytaxta Rusiyanın 26 regionundan və MDB ölkələrindən 615 laureat - I-XI sinif şagirdləri gəlmişdilər. Sütünlu Salona toplaşmış gənc istedadları, onların valideynlərini, müəllimlərini və qonaqları forumun təsisçisi Neonila Apatenko, "Rusiyanın istedadlı uşaqları" hərəkatının vitse-prezidenti Sergey Apatenko, MDU-nun professoru İrina Kopyeva salamlamışlar. Mükafatlandırma mərasimi Qran-prinin və "Rusiyanın gənc zəkaları" ordenlərinin təqdimatı ilə başlayıb. Bu fəxri mükafatları Yekaterina Şagina, Anna Pastuxova, Olqa Qurova və Aleksey Boldakov alıblar. Sonra forum laureatlarının qala-konserti olub. Çoxlu uşaq doğma mədəniyyətlərini təmsil edərək müxtəlif respublikaların milli mahnı və rəqslərini ifa edib. Laureatların mükafatlandırılması 20 nominasiya üzrə həyata keçirilib. Onların sırasında "Gələcək prezidentlər", "Kompüter dünyası", "Qonaqpərvərlik", "Xalq yaradıcılığı" kimi nominasiyalar da olub. 

Xarici mətbuat materialları əsasında hazırladılar: 
Yusif ƏLİYEV,
Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov