Ağa
İsmayıl oğlu Sultanov 1901-ci ildə Bakı
şəhərində anadan olub.
Güzəranın ağırlığına görə ibtidai təhsildən
sonra dəmirçi yanında şagird kimi sənət
öyrənməyə başlayıb. 1917-ci ildə inqilabi
hərəkata qoşulub, 1919-cu ildə bolşevik
partiyası sıralarına qəbul edilib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
Hacıqabul və Şamxor (indiki Şəmkir) qəza inqilab
komitələrinin sədri (1920-1933), Azərbaycan
diviziyasında şobə rəisi və partiya
komissiyasının katibi, Stalin rayon Partiya
Komitəsi təşkilat şobəsinin müdiri, Gəncə mahal
Partiya Komitəsinin katibi, AK(b)P MK-nın ikinci
katibi vəzifələrində çalışıb.
1931-ci ildə Ağa Sultanov Azərbaycan Sovet
Sosialist Respublikasının xalq maarifi komissarı
təyin edilib. Bu dövr respublika tarixində çox
mürəkkəb bir dövr idi. Ümumtəhsil məktəblərinin
sayı artırılmalı, pedaqoji kadr hazırlığı
kəmiyyət və keyfiyyətcə yaxşılaşdırılmalı,
elmi-metodik təminat istiqamətində köklü işlər
görülməli idi. Sələflərinin başladıqları işi
davam etdirməklə yanaşı, Ağa Sultanov yeni
uğurlar naminə Xalq Maarifi Komissarlığı
əməkdaşlarının imkanlarını səfərbərliyə almış,
məktəb tikintisi, tədris ocaqlarının
maddi-texniki təchizat sahələrində nailiyyətlər
qazanılmasına çalışmışdır.
1933-cü ildə Gürcüstana göndərilib, Axalsix
rayon Partiya Komitəsinin katibi vəzifəsində
çalışıb. Gürcüstan K(b)P MK və UİK(b)P
Zaqafqaziya Ölkə Komitəsinin üzvü olub,
Gürcüstan SSR və ZSFSR Mərkəzi İcraiyyə
Komitəsinin üzvü seçilib.
Ağa Sultanov 1936-cı ildə dünyasını dəyişib.
|