Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

08 İyul 2011 - ¹26

 

Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 4781 müraciət daxil olub

 

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin iyun ayında 4781 müraciət daxil olub.

Müraciətlərin 4097-si telefonla, 684-ü elektron poçt vasitəsilə qəbul edilib. Onların böyük əksəriyyəti sorğu xarakterli olub. Sorğuların 4000-dən çoxu 9-cu və 11-ci siniflərdə buraxılış imtahanlarının təşkili və keçirilmə qaydaları, ümumtəhsil məktəblərində imtahana buraxılış vərəqələrinin paylanması, imtahan nəticələrinin öyrənilməsi, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi, imtahan nəticələri ilə əlaqədar apelyasiya şikayətlərinin qəbulu və onların nəticələrinin öyrənilməsi, eksternat qaydada keçirilən imtahanlar və onların nəticələri ilə bağlı olub. Digər sorğularda müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, onların yaş senzi, istedadlı uşaqlar arasında keçirilmiş olimpiadanın nəticələri və beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, ümumtəhsil məktəb müəllimlərinin əməkhaqqının hesablanması, təhsil sənədlərinin alınması, ümumtəhsil məktəb məzunlarının təhsildə qazandıqları uğurlara görə medallarla təltifi qaydaları ilə əlaqədar məsələlər öz əksini tapıb. Bütün bu sorğular "Qaynar xətt" xidməti tərəfindən qeydə alınaraq cavablandırılıb.

Bir sıra müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta-ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunur. 84 belə müraciət əsasında araşdırmalar aparılıb və problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

 Ötən ay  "Qaynar xətt" xidmətinə daxil olan şikayət məzmunlu müraciətlərin 15-i Bakı, 4-ü Gəncə, 1-i Sumqayıt şəhərlərindən, 5-i Abşeron, 3-ü Cəlilabad, hər birindən 1 müraciət olmaqla Yardımlı, Biləsuvar, Qubadlı, Daşkəsən, Salyan və Ağcabədi rayon ümumtəhsil məktəbləri ilə əlaqədar olub. Müraciətlərdə ümumtəhsil məktəblərində şagirdlərin illik qiymətlərinin çıxarılması,  təhsil sənədlərinin doldurulması, onların məzunlara verilməsi sahəsində çatışmazlıqlar, məktəb rəhbərlərinin yol verdikləri nöqsanlar və digər məsələlər əksini tapıb.

"Qaynar xətt" xidmətinə texniki peşə təhsili müəssisələri ilə əlaqədar 3 müraciət daxil olub. Bakıdakı 3, 7,15 nömrəli və Gəncədəki 3 nömrəli peşə liseylərindən daxil olan müraciətlərdə bir sıra nöqsanlara, təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi kimi məsələlərə toxunulub. Bununla əlaqədar "Qaynar xətt" xidmətinə daxil olan müraciətlər ciddi şəkildə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilib.

İyun ayında məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar 11 şikayət məzmunlu müraciət daxil olub. Həmin müraciətlərdə Bakı (8 müraciət) və Gəncə şəhərindəki (2 müraciət), habelə Şabran rayonundakı (1 müraciət) uşaq bağçalarında bu müəssisələrə uşaqların qəbulu, verilən ərzağın keyfiyyəti, sanitar normaların gözlənilməməsi, uşaq bağçalarının binalarının təmiri və digər problemlərdən bəhs olunur. "Qaynar xətt" xidmətinə daxil olan bu müraciətlər araşdırılıb. Həmin müraciətlərdən birində valideynləri gözdən əlil olan 3 yaşlı uşağın bağçaya qəbulu ilə əlaqədar qohumları tərəfindən qaldırılmış məsələ əlavə şərait və imkan yaradılmaqla müsbət həllini tapıb. Qeyd olunan digər müraciətlər əsasında uşaq bağçalarında ərzağın keyfiyyətinin yüksəldilməsi üçün lazımi tədbirlər görülüb, müraciət müəllifləri əsaslı təmirə ehtiyacı olan bağçalarda aparılacaq tikinti-təmir işləri üzrə müvafiq proqram barədə məlumatlandırılıb.

Təhsil nazirinin "Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında" 19 may 2011-ci il tarixli, 856 nömrəli  əmrinin icrası ilə bağlı "Qaynar xətt" xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan müraciətlərin operativ şəkildə araşdırılması təmin edilib. Bu da ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edib.

2010-2011-ci dərs ilinin yay imtahan sessiyası dövründə "Qaynar xətt" xidməti tərəfindən ali və orta ixtisas təhsili müəssisələrindən 46 müraciət qəbul edilib. Onlardan 19-u dövlət, 9-u özəl ali təhsil, 3-ü xarici ölkələrin ali məktəbləri, 14-ü orta ixtisas təhsili müəssisələri ilə əlaqədar olub. Belə müraciətlər ali məktəblərdə Boloniya sisteminin tətbiqi, semestr imtahanlarının test üsulu ilə aparılması, pedaqoji və istehsalat təcrübəsinin təşkili, magistratura təhsili, tələbələrin semestr və dövlət imtahanlarına buraxılması, təhsil haqqının ödənilməsi qaydaları, təqaüdlərin gecikdirilməsi və digər mövzuları əhatə edib.

İmtahan sessiyasının gedişi ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala, Şəki, Quba, Gəncə filialları, Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə  Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Turizm Universiteti, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib və apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş ediblər. Bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq qurumlarının əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin və QHT-lərin nümayəndələri ilə birgə araşdırmalar aparıb və tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən obyektiv qiymətləndirilməsi təmin olunub.

Özəl ali təhsil müəssisələrindən daxil olan müraciətlər Təfəkkür Universiteti (2), Odlar Yurdu Universiteti (2), Qafqaz Universiteti (1), İctimai-Siyasi Universitet (1), Avrasiya Universiteti (1) və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti (2) ilə əlaqədar olub. Bu müraciətlərdə tələbələrin imtahanlara buraxılmaması, təkrar imtahanlara rüsum tələb olunması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi ilə bağlı şikayətlər öz əksini tapıb.

Orta ixtisas təhsili müəssisələri ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Kolleci, Şəki Pedaqoji Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Humanitar Kolleci, Şuşa Humanitar Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Bakı Dövlət Sosial İqtisadi Kolleci, Qazax Dövlət Sosial İqtisadi Kolleci və Gəncə Musiqi Kollecindən müraciətlər daxil olub. Müraciətlərdə tələbələrin təqaüdlərinin gecikdirilməsi, imtahanda verilmiş qiymətlərdən narazılıq, təhsil sənədlərinin - diplomların gecikdirilməsi barədə şikayətlər əks olunub. Həmin müraciətlər araşdırılıb və müraciət müəllifləri məlumatlandırılıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov