Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

08 İyul 2011 - ¹26

 

Azərbaycan məktəbliləri  IX Beynəlxalq Türk Dili Olimpiadasında 21 medalla birinci oldular

 

Xəbər verdiyimiz kimi, bu ilin iyununda Türkiyədə IX ənənəvi Beynəlxalq Türk Dili Olimpiadası keçirilib. Rəsmi açılışı iyunun 15-də olsa da, əslində tədbir tam bir ay davam edib və iyunun 30-da başa çatıb. Həmin gün Ankarada olimpiadanın yekun tədbiri - bağlanış mərasimi olub. Hər il olduğu kimi, bu il də Azərbaycan məktəbliləri Türk Dili Olimpiadasında böyük uğurla çıxış edərək bu yarışmanın tarixində ən çox ödülə - 21 medala sahib olublar.

İyulun 1-də "Çağ" Öyrətim İşlətmələri Şirkətində IX Beynəlxalq Türk Dili Olimpiadasının yekunlarına və azərbaycanlı məktəblilərin bu mötəbər yarışmadakı qələbələrinə həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransda olimpiadadan yenicə qayıtmış Azərbaycan nümayəndə heyətinin üzvləri, qalib şagirdlər və onların valideynləri iştirak edirdi.

Mətbuat konfransını Azərbaycan - Türkiyə  Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz açaraq jurnalistləri salamladı və ayrı-ayrı tədbirlərində əksər KİV təmsilçilərinin özlərinin də bilavasitə iştirak etdikləri olimpiadanın yekunları haqqında məlumat verdi. Arif bəy bildirdi ki, olimpiadada dünyanın 130 ölkəsindən 1000 şagird, valideyn və müəllim iştirak edirdi. Olimpiadaya seçim 15000-ə yaxın şagird arasından aparılmışdı. 2003-cü ildə keçirilmiş ilk olimpiadaya isə 17 ölkədən nümayəndə qatılmışdı.

Şagirdlər mahnı, şeir, rəqs və digər 15 müxtəlif nominasiya üzrə öz qüvvələrini nümayiş etdirirdilər. Bu olimpiadanın keçirilməsi təkcə türk dilinin təbliğinə deyil, eyni zamanda dünyanın dörd bir yanında yaşayan insanlar arasında sevgi, sülh və dostluğun möhkəmlənməsinə xidmət edirdi. Builki olimpiada üçün Yunis Əmrənin məşhur  bir şeirinin adı - "Gəlin  tanış olaq"  şüar seçilmişdir. Bu isə olimpiadanın əsas məramına - türk dilini sevdirmək, yaxından tanıtmaq məqsədinə tam uyğun idi.

İyunun 18-də olimpiada çərçivəsində Ankaranın "Altın Park" məşhur istirahət mərkəzində nəhəng sərgi təşkil olunmuşdu.  Sərgidə olimpiadada iştirak edən ölkələrin milli stendləri nümayiş olunurdu. Sərgi 2 gün davam etdi. Fərəhlə qeyd etməliyik ki, sərginin ən böyük stendi Azərbaycana məxsus idi. Bu sərgini 370.000 nəfər ziyarət etmişdir. Milli geyimlərimizin, milli mətbəximizin nümayiş olunduğu sərgidə həm də adət-ənənələrimiz və tariximiz barədə ziyarətçilərə ətraflı məlumat verilirdi. Sərgidə məktəblilərimiz Azərbaycan mahnılarını ifa edirdilər.

İyunun 19-da "Altın Park"da Azərbaycana həsr olunmuş xüsusi proqram təşkil olundu. Məktəblilərimiz qonaqlara 2 saat ərzində Azərbaycan musiqisini təqdim etdilər. Azərbaycanın Türkiyədəki səfiri cənab Faiq Bağırov da tədbirdə iştirak edirdi. Cənab səfir və Azərbaycandan gəlmiş qonaqlar konsertin yüksək səviyyədə keçdiyini, şagirdlərimizin ölkəmizin mədəniyyətini bacarıqla  sərgilədiklərini qeyd etdilər.

A.Gömleksiz diqqətə çatdırdı  ki, builki olimpiada əvvəlki illərdəkindən daha geniş coğrafiyada keçirildi. Belə ki, Türkiyənin 33 vilayətində eyni zamanda biri-birindən rəngarəng tədbirlər təşkil olundu. Yekun tədbirlər Ankara və İstanbul şəhərlərində keçirildi. Bununla yanaşı, 25 iyunda Ankaranın nəhəng idman-konsert kompleksində keçirilən tədbirə 10 minə yaxın tamaşaçı qatılmışdı. Tədbirdə Türkiyənin dövlət və hökumət rəhbərləri, parlament üzvləri, iş adamları, tanınmış alimlər, yazıçılar və mətbuat nümayəndələri iştirak edirdilər. Türkiyə Böyük Millət Məclisinin sədri və Baş nazirin müavini də iştirak və çıxış etdilər. Azərbaycan da siyasətçi, alim və mətbuat nümayəndələrindən ibarət böyük bir qrupla tədbirdə təmsil olunurdu.

Sonra Arif bəy Azərbaycan məktəblilərinin qazandığı medallar barədə məlumat verdi. Bildirdi ki, Azərbaycanın müxtəlif təhsil ocaqlarından bir neçə mərhələdə aparılmış seçim nəticəsində 45 şagird seçilərək olimpiadaya qatılmışdı. Şagirdlərimiz 33 tədbirin 20-dən çoxunda iştirak etdilər, 15 nominasiyada qüvvələrini sınadılar. Nəticə fərəhləndirici oldu. Əgər ötənilki 8-ci olimpiadada 5-i qızıl, 9-u gümüş və 4-ü bürünc olmaqla cəmi 18 medal almışdıqsa, bu il 21 medal qazandıq ki, onların da 7-si qızıl, 10-u gümüş, 4-ü bürünc medallardır.

Daha sonra medal qazanmış şagirdlərin adları açıqlandı. Məlum oldu ki, şagirdlərdən Orxan Muradov "Dil bilgisi", Elvina Gülverdiyeva "Danışma", Qafar Şamilov "Şərqi", Mehparə Zeynalova "Şeir", Burak Koyunçuoğlu "Anadil yazma", Elif Nur Bölek "Anadil yazmaaltın" nominasiyalarında, ölkəmiz isə stend sərgisində "Ölkəsini ən yaxşı tanıdan ölkə" nominasiyası üzrə olimpiadanın qızıl medallarına layiq görülmüşlər, 10 şagird gümüş, 4 nəfər isə bürünc medal almışdır. Qızıl medal alanlara 1000, gümüş medal alanlara 700, bürünc  medal alanlara isə 600 ABŞ dolları məbləğində pul mükafatları verilmişdir.

Bundan başqa məktəblilərimiz olimpiadanın iyunun 30-da keçirilən və Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi yekun tədbirində də iki özəl ödülə sahib olmuşlar.

A.Gömleksiz qalibləri təbrik edib onlara gələcək yarışlarda da uğurlar arzuladı.

Mətbuat konfransında çıxış edən "Çağ" Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən IX Beynəlxalq Türk Dili Olimpiadasını analoqu olmayan olimpiada kimi dəyərləndirdi və azərbaycanlı şagirdlərin burada parlaq qələbə qazandıqlarını söylədi. Olimpiada təəssüratlarını KİV təmsilçiləri ilə bölüşən Ənvər bəy ona aparılan hazırlıq işlərində, olimpiadanın keçirilməsində çoxlu insanın əməyi olduğunu qeyd edib bu işə öz töhfəsini vermiş hər kəsə minnətdarlığını bildirdi, qalib şagirdlərə təşəkkür etdi. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov