Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

08 İyul 2011 - ¹26

 

Türk Dünyası Riyaziyyat Cəmiyyəti və onun konqresləri

 

Türkdilli və digər ölkələrin riyaziyyatçı alimlərinin beynəlxalq birliyi olan Türk Dünyası Riyaziyyat Cəmiyyəti (Turkic World Mathematical Socıety) 1999-cu  ildə Türkiyənin Elazığ şəhərində təsis olunub. Cəmiyyətin əsas məqsədi türkdilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına  və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələri ölkələrimizin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda türksoylu alimlərin dünya miqyasında tanınmasına dəstək verməkdir.

Cəmiyyət cəmi 12 il əvvəl kiçik bir hərəkat kimi yaransa da, bu müddət ərzində böyük inkişaf yolu keçmiş, təşkilatlanmış və nüfuzlu beynəlxalq təşkilata çevrilmişdir.

Cəmiyyət öz sıralarında türkdilli ölkələr olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanla yanaşı, həm də Rusiya, Çin, ABŞ, Fransa, İsveç  və digər ölkələrdən olan riyaziyyatçı alimləri də birləşdirir. 

I Konqres - Fırat Universiteti (Türkiyə) 

 1999-cu ildə Türkiyənin Elazığ şəhərində (Fırat Universitetində) Osmanlı imperatorluğunun 700 illiyinə həsr olunmuş konfrans keçirilirdi. Konfransın gedişində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin yaranması ideyası meydana çıxdı. Bu təşəbbüsün reallaşması üçün bir qrup türk vətənpərvər alimi hərəkətə keçdi.

Həmin il iyunun 29-dan iyulun 1-dək keçirilən ilk konqresə 10-a qədər xarici ölkədən 57  nümayəndə - tanınmış  elm adamları, riyaziyyat alimləri dəvət olunmuşdu. Konqresə türkdilli ölkələrlə yanaşı, Avropa və Amerikada yaşayan və çalışan türksoylu alimlər də qatılmışdılar. Bütövlükdə konqresdə Türkiyədən olan nümayəndələrlə birlikdə 200-ə yaxın elm adamı iştirak edirdi. I Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyəti təsis olunur və qurumun ilk prezidentinin və digər rəhbər orqanlarının seçkisi keçirilir. O zaman Ankara Universiteti fənn fakültəsinin dekanı, professor doktor Hilmi Hacısalihoğlu qurumun ilk prezidenti seçilir. Prezidentin yardımçıları olan iki vitse-prezident vəzifəsinə isə Türkiyə tərəfindən professor Etibar Pənahov, Qazaxıstan tərəfindən isə akademik M.Otelbayev seçilirlər. Konqresdə habelə hər dövlətdən 2 elmi işçi olmaq üzrə Cəmiyyətin İdarə Heyəti də seçilərək formalaşdırılır. Beləcə bu işin bünövrəsi qoyulur. İlk dövrlər həvəskar hərəkat olaraq meydana gələn konqresin keçirilməsinə heç bir dövlət dəstəyi olmamış, o, sadəcə olaraq Fırat Universitetinin və  türk dünyasını sevənlərin dəstəyi ilə baş tutmuşdur. Lakin onu da xüsusi qeyd etmək lazımdır ki, ilk konqresin keçirilməsinə Amerikanın Yel Universitetinin professoru, türk dünyasını çox sevən Oktay Sinanoğlu böyük maddi dəstək göstərmişdir. O dövrdə Türkiyənin mədəniyyət naziri işləmiş Namiq Kamal Zeybək də konqresin keçirilməsinə maddi dəstək vermişdir.

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin I Konqresində qərara alındı ki, qurumun ali orqanı hər 4 ildən bir növbə ilə türkdilli ölkələrin birində keçirilsin və bu zaman onların istəyi nəzərə alınsın.

Lakin o dövrdə türkdilli ölkələrin iqtisadiyyatı hələ kifayət qədər inkişaf etmədiyindən bir müddət bu qərarı həyata keçirmək mümkün olmadı. Ona görə də arada bir neçə il durğunluq yaşandı. Qurum rəhbərliyi qardaş ölkələrin hamısının inkişafını gözləyənə qədər II Konqresin də Türkiyədə keçirilməsini, daha sonra vəziyyətə görə məsələyə baxılmasını qərara aldı. 

II Konqres - Sakarya Universiteti (Türkiyə) 

Beləliklə, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin II Konqresi 8 ildən sonra yenidən Türkiyədə, qardaş ölkənin Adapazarı şəhərindəki Sakarya Universitetində keçirildi. 2007-ci il iyunun sonu - iyulun əvvəllərində çağırılan II Konqresdə artıq 15-ə qədər xarici ölkədən 100-dən çox elm adamı iştirak edirdi. İştirakçıların ümumi sayı isə 300-dən çox idi. Uğurla keçən konqresdə yenidən rəhbər orqanların seçkisi keçirildi. Prezident və vitse-prezidentlər olduğu kimi də qaldılar, yəni təkrar seçildilər. 

III Konqres - Əl-Fərabi adına Qazax Milli Universiteti (Qazaxıstan) 

Tədbirdə növbəti - III Konqresin harada keçirilməsi məsələsi də müzakirə olundu. Qazaxıstan Respublikasından olan elm heyəti onun öz ölkələrində keçirilməsini təklif etdilər və bu barədə konqresin qərarı qəbul olundu. Növbəti konqresin təşkili və keçirilməsi ilə bağlı akademiklər B.Cumaqulov, N.Danayev və M.Otelbayevin rəhbərliyi altında işçi qrupu yaradıldı. İşçi qrupunun məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində iki ildən sonra - yəni 2009-cu ildə Qazaxıstanın Almatı şəhərində Əl-Fərabi adına Qazax Milli Universitetində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin növbəti III Konqresi keçirildi. 17-dək ölkənin qatıldığı bu konqresdə artıq 400-ə yaxın iştirakçı var idi. Onların 200-dən çoxu xarici ölkələrdən dəvət olunmuş riyaziyyatçı alimlər idi. Yenə də türkdilli ölkələrlə yanaşı, xeyli sayda digər ölkələrdən də elm adamları konqresə qatılmışdılar.

Konqresin işi çox mütəşəkkil keçdi. Möhtəşəm bir açılış iclasından sonra təşkil olunan bölmələrdə elmi müzakirələr aparıldı. Türkdilli dövlətlərdən olan elm adamları bir-birləri ilə yaxından tanış oldular, bir-birlərinin çalışdıqları sahələrlə maraqlandılar, bir-birlərinə nə dərəcədə yardımçı olacaqları haqqında fikir mübadiləsi apardılar. Başqa sözlə, artıq Türk Dünyası Riyaziyyat Cəmiyyəti Konqresinin gerçək bir şəkil aldığı, yəni artıq elmi bir hərəkata çevrildiyi görünməyə başlandı.

III Konqresdə akademik B.Cumaqulov cəmiyyətin prezidenti, həmin vaxtadək prezident olmuş professor H.Hacısalihoğlu isə fəxri prezident seçildilər. Azərbaycandan akademik Fikrət Əliyev, Türkiyədən isə professor Etibar Pənahov vitse-prezident oldular.

Əvvəlcədən danışılıb razılaşdırılıldığı kimi növbəti - IV Konqresə Qırğızıstan ev sahibliyi etməli idi. Lakin o vaxt Qırğızıstanda baş verən məlum siyasi hadisələr üzündən bu, mümkünsüz oldu. Onda Azərbaycandan gəlmiş nümayəndə heyətinin başçısı, akademik Fikrət Əliyev Azərbaycan dövlətinin rəsmiləri ilə görüşərək, onlar tərəfindən müsbət cavab alarsa konqresin bizim ölkədə keçirilməsini təklif etdi. Təklif razılıqla qarşılandı. Beləliklə, F.Əliyev Azərbaycan MEA və Təhsil Nazirliyinin rəhbərliyi ilə əlaqə saxlayıb onlardan müsbət cavab aldıqdan sonra növbəti - IV Konqresin Azərbaycanda keçirilməsi qərara alındı. Azərbaycanda bu çox ciddi qarşılandı və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dəstəkləndi. Cənab Prezident konqresin Azərbaycanda keçirilməsinə çox müsbət baxaraq bu barədə müvafiq qurumlara lazımi göstərişlərini verdi. 

IV Konqres - "Aqua Park" istirahət mərkəzi (Azərbaycan) 

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresinin Bakıda keçirilməsi haqqında Azərbaycan MEA və Azərbaycan Respublikası Təhsil Nazirliyi ötən ilin yayında birgə qərar qəbul etdilər. Həmin qərarla Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresinin 2011-ci il 1-3 iyul tarixlərində Bakıda keçirilməsi üçün təhsil naziri Misir Mərdanovun rəhbərliyi altında Təşkilat Komitəsi yaradıldı. Akademik Akif Hacıyev Təşkilat Komitəsi sədrinin müavini təyin olundu. Həmin qərarla Beynəlxalq Proqram Komitəsi də yaradıldı. Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, akademik Fikrət Əliyev həmin komitənin sədri, professor Etibar Pənahov sədr müavini, fizika-riyaziyyat elmləri doktoru Yusif Qasımov isə konqresin elmi katibi təyin olundular.

Bu komanda BDU TRİ-dəkı elm xadimlərinin potensialından istifadə etməklə konqresə böyük hazırlıq işi gördülər.  Belə ki, konqresin İnternet saytı yaradıldı. Dünyadakı türksoylu tanınmış alimlərə məlumat verildi. Tanınmış elmi mərkəzlərə, universitetlərə, alimlərə informasiya göndərildi. Elmi informasiya saytlarına konqres haqda məlumat yerləşdirildi. Konqresin plakatları və bukletləri çap olunaraq dünyanın 40-a qədər ölkəsində yayıldı. Məhz aparılmış belə geniş, planlı təşkilati iş nəticəsində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi 2011-ci il 1-3 iyul tarixlərində Bakıda - "Aqua Park" istirahət mərkəzində böyük uğurla keçdi.

IV Konqres onda iştirak etmək istəyən riyaziyyatçı alimlərin sayına görə rekord vurdu: 700-dən artıq alim saytda qeyd olunaraq konqresdə iştirak üçün müraciət etmişdi. Müraciət edənlər arasında türkdilli dövlətlərlə yanaşı, ABŞ, Kanada, İngiltərə, Fransa, İsveç, İspaniya, Almaniya, Gürcüstan, İran, Pakistan və digər ölkələrdən olanlar da var idi.

Konqresə marağın artması təbii ki, həm də son illər ölkəmizdə gedən güclü inkişaf prosesi, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, nüfuzunun artması ilə əlaqədar idi.

Konqresin Təşkilat Komitəsi müraciət edənlər arasında çox ciddi seçim apararaq 500-ə yaxın elmi məruzənin tezislərini qəbul etdi və onlar kitab şəklində çap olundu. Konqresin proqramı hazırlandı.

Azərbaycan  Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı  ilə keçirilən IV Konqresdə 20-dən çox ölkədən, o cümlədən Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İran, ABŞ, Fransa, Malayziya, Ukrayna, Gürcüstan və digər ölkələrdən olan 300 nəfər riyaziyyatçı alim, Azərbaycandan olan elm adamları, ali məktəb rektorları və b. ilə birlikdə isə bütövlükdə 500-dən çox adam iştirak edirdi. Konqresə xarici ölkələrdən qatılan elm adamları arasında Qazaxıstan Respublikasının elm və təhsil naziri Bakhtican Cumaqulov, Qazaxıstan Respublikasının  Milli Məclisinin deputatı, professor Kılışbay Bisenov, Qazaxıstan MEA-nın prezidenti Murat Jurinov, İspaniya Krallığının Riyaziyyat Cəmiyyətinin nümayəndəsi, professor Pedro A.Guil, Fransadan olan türksoylu tanınmış riyaziyyatçı alim Süleyman Üstünel, Amerikada yaşayan Selman Akbulut, İsveçdə yaşayan Məhəmməd Əsədzadə və başqaları var idi. Təkcə ilk konqresin keçirildiyi Türkiyənin Fırat Universitetinin 15 nəfər elm adamı konqresə qatılmışdı.

Konqresdə Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti seçildi. Akademik Fikrət Əliyev (Azərbaycan), Narqozi Danayev (Qazaxıstan), doktor Etibar Pənahov (Türkiyə) vitse-prezidentlər seçildilər.

Hər ölkədən iki nəfər olmaqla yeni İdarə Heyəti seçildi. Azərbaycandan fizika-riyaziyyat elmləri doktoru Yusif Qasımov, fizika riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Azad Tağızadə İdarə Heyətinin üzvləri seçildilər.

Akademik Fikrət Əliyev TDRC-nin yeni yaradılmış Fondunun prezidenti seçildi. Hər ölkədən 1 nəfər olmaqla Fondun Nəzarət Şurası seçildi.

TDRC-nin IV Konqresində aşağıdakı qərarlar qəbul olundu:

1) III konqresdə müzakirə olunduğu kimi, hər konqresdə onun keçirildiyi ölkədən olan yeni prezident seçilsin.

2) Konqreslər 3 ildə bir dəfə keçirilsin.

3) Konqreslərarası dövrdə ildə bir dəfədən az olmayaraq İdarə Heyəti toplaşsın.

4) Yeni prezidentə Cəmiyyətin qeydiyyatını həll etmək tapşırılsın.

5) Konqreslərarası dövrdə Cəmiyyətin hər dəfə müxtəlif mövzulara aid konfransları keçirilsin.

6) Cəmiyyətin Fondu yaradılsın.

7) Bu Fonddan müxtəlif elmi proqramları maliyyələşdirmək üçün istifadə olunsun.

8) Fondun Nəzarət Şurası təşkil olunsun.

9) TDRC-nin iki mükafatı təsis olunsun. Bu mükafat ildə 1 türksoylu, 1 isə digər alimə verilsin. 

Cəmiyyətin nəşri 

Elmi jurnallar hər bir elmi cəmiyyətin simasını müəyyənləşdirən əsas amillərdən olduğundan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Qazaxıstanın Almatı şəhərində keçirilən III Konqresində "Türkic World Mathematical Society Journal of Pure and Applied Mathematics" jurnalının təsis olunması haqqında qərar qəbul olunmuşdu. Həmin iş bu sahədə təcrübəsi olan azərbaycanlı alimlərə tapşırılmışdır.

2010-cu ildə "Türkic World Mathematical Society Journal of Pure and Applied Mathematics" jurnalının ilk nömrəsi işıq üzü görmüş, indiyədək jurnalın 3 nömrəsi çapdan çıxmışdır. 

"Azərbaycan müəllimi"

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov