Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

08 İyul 2011 - ¹26

 

Heydər Əliyev və gənclər siyasəti

 

Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 147-ci məşğələsi keçirildi. "Heydər Əliyev və gənclər siyasəti: perspektivlər, reallıqlar" mövzusunda məşğələni giriş sözü ilə rektor, akademik İsa Həbibbəyli açaraq ümummilli liderin gənclərə qayğı və himayəsindən, müstəqil dövlət quruculuğu prosesində bütün sahələrdə istedadlı, yüksək intellektual potensiala malik gənclərə böyük etimad göstərməsindən danışdı. Vurğulandı ki, bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən dahi öndərin gənclər siyasəti uğurla davam etdirilir, gənclərin kamil vətəndaş, yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri üçün hərtərəfli şərait yaradılır.

Sonra Sosial idarəetmə və hüquq fakültəsinin tələbəsi İntizar Məmmədovanın "Gənclər siyasəti XXI əsrdə: inkişafın yeni perspektivləri", NDU YAP Gənclər təşkilatının sədri Elçin Əliyevin "Heydər Əliyev və Azərbaycan gəncləri dövlət proqramının prioritet istiqamətləri" mövzusunda məruzələri dinlənildi. Məruzələrdə Azərbaycan gənclərinin cəmiyyətin inkişafındakı rolunu, ölkənin gələcək müqəddəratında iştirakını və məsuliyyətini artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, onların dövlət qurumları, hökumət nümayəndələri ilə əlaqələrini möhkəmləndirmək istiqamətində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs olundu. Qeyd edildi ki, hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüş, 1996-cı, 1999-cu illərdə keçirilmiş gənclərin I və II forumlarında ümummilli lider Heydər Əliyev şəxsən  iştirak edərək tarixi çıxışlarında gəncliyə qiymətli tövsiyələr vermişdir. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" gəncliyin inkişafı məqsədilə mühüm vəzifələrin yerinə yetirilməsi gənclərdə böyük ruh yüksəkliyi, potensial enerji yaratmışdır. Vurğulandı ki, milli gənclik dahi öndərin dövlətçilik, azərbaycançılıq ideyalarını bundan sonra da sədaqətlə davam etdirəcək. 

Mehriban SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov