1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
"İstedadlı şagirdlər üçün xüsusi lisey
siniflərinin təşkili barədə" 22 iyun 2010-cu il
tarixli, 835 nömrəli əmri ilə müəyyən edilmiş
şəhər və rayonların müvafiq ümumi təhsil
müəssisələrindəki xüsusi lisey siniflərinin
2011-2012-ci dərs ili üçün tədris planı (əlavə
1) və
tədris planına dair qeydlər (əlavə 2) təsdiq
olunsun.
2. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov)
tədris planının vaxtında yerlərə çatdırılmasını
təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu
əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini
İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
4 iyul 2011-ci il |