1.
2011-2012-ci dərs ili üçün Azərbaycan
Respublikasının təlim Azərbaycan, rus, gürcü
dillərində olan ümumtəhsil məktəblərinin, ləzgi
dili öyrədilən ümumtəhsil məktəblərinin V-XI
siniflərinin tədris planları (əlavə 1-5) və
tədris planlarına dair qeydlər (əlavə 6)
təsdiq edilsin.
2. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd
rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov),
İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Dərslik və
nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris
planlarının çap olunub vaxtında yerlərə
çatdırılmasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini
İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
4 iyul 2011-ci il |