Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

01 İyul 2011 - ¹25

 

Axtarışlarda keçən ömür sahibi

 

Tahir Musa oğlu Pənahov 10 iyun 1936-cı ildə Qərbi Azərbaycanın Dağ Borçalısının Soyuqbulaq kəndində anadan olmuşdur. 1955-ci ildə Gürcüstanın Bolnisi rayonunun adlı-sanlı Faxralı kənd orta məktəbini fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti - ADPU) fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. T.Pənahov hələ tələbəlik illərindən elmi axtarışlara meyilli idi və Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində oxuduğu illərdə tələbə elmi konfranslarında riyaziyyat və fizika tədrisində tarixi elementlərin öyrədilməsi məsələlərini əks  edən məruzələri ilə diqqəti cəlb etmişdi.

1960-cı ildə ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra təyinatla Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasına baş laborant göndərilmişdir. 1962-ci ildə Respublika MEA-nın Fizika İnstitutunda aspiranturaya qəbul olunmuş və həmin il M.V.Lomonosov adına  Moskva Dövlət Universitetinə göndərilmiş, 1962-ci ildə AzPİ-də  baş müəllim vəzifəsinə keçmişdir.

1964-cü ildə dəvətnamə ilə Aşqabad şəhərinə, Türkmənistan Dövlət Universitetində fizika fakültəsində ixtisas dərslərində mühazirə oxumaq üçün ezamiyyə olunmuşdur. O,1966-cı ildə "NizFe ərintisinin qalvonomaqnit və termomaqnit effektinə tantal və molibdenin təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Tahir müəllimin namizədlik müdafiəsindən sonrakı 12 ili axtarışlarda, xarici ölkələrdəki konfranslarda keçib. Müxtəlif illərdə Sverdlovsk, Krasnoyarsk, Xarkov, Perm, Tula, Donetsk, Tomsk, Kiyev, Zveniqorod, Tbilisi, Aşqabad, Mahaçqala şəhərlərində maqnit hadisələri fizikası, atom nizamlılığı və onun ərintilərin xassələrinə təsiri, mikroelektronika üçün yeni maqnit materialları, metallik sistemlərin həll diaqramları, elektrotexnika polad və ərintilərin metalşünaslığı və fizikası və s. mövzularda məruzə və çıxışları ilə həmkarlarının diqqətini cəlb etmişdir. O, araşdırmaları mövzusunda Yaşovets (Polşa) və Budapeşt (Macarıstan) şəhərlərində çalışan həmkarları ilə fikir mübadiləsi aparmışdır.

1975-ci il sentyabr ayının 15-dən Azərbaycan Politexnik İnstitutundan indiki  Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ayrıldı. Həmin vaxtdan o, AzMİU-da işləyir.

1988-ci ildə "Nikel əsasında ikiqat və üçqat ərintilərin strukturu və fiziki xassələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almış və sonra professor vəzifəsinə seçilmişdir.

O,1991-ci ildə dövlət büdcəsindən maliyyələşən "Metal və ərintilər fizikası" ETL-nin AzMİU-da açılmasının təşəbbüskarı olmuşdur. Elmi baza üçün EPR, Universal Optik və maqnito-optik qurğusunu hazırlamış, maqnit və elektrik xassələri ölçmək üçün qurğunu işə salmışdır.

Elmi baza yaratdıqdan sonra kadrlar hazırlayıb, ölkənin inkişafı üçün çox vacib olan 1991-ci ildə "Metallar fizikası" istiqamətində mütəxəssis hazırlamaq üçün ixtisas açmış, sonra Materiallar fizikası kafedrasında bakalavr və magistr istiqaməti üzrə kadr hazırlığı aparmışdır.

İran, Türkiyə və digər xarici ölkələrdən magistraturaya təhsil almağa gəlirlər.

Heydər Əliyev adına Ali Hərbi Məktəbdə 2002-ci ildən tədris və elmi işlər bölməsində əvəzçi işləyərək, Azərbaycan Təhsil Nazirliyi və Ədliyyə Nazirliyinin köməyi ilə təhsildə bir sıra məsələlərin yerinə yetirilməsində məsləhətlər vermiş,  elmi əsərlərin çap edilməsinə yaxından köməklik göstərmişdir. İxtisasartırma kursunun açılmasına və tədris plan və proqramların hazırlanmasına kömək etmiş və kursantların fəal işləmələri üçün məsləhətlər vermişdir.

Bakıda Zabrat Oksigen Zavodunda açıq səhmdar cəmiyyəti yaradıldıqda T.Pənahov orada böyük laboratoriya işə salmış, laboratoriyanı müasir avadanlıqlarla təchiz etmiş, cihazların işləmə qaydalarını hazırlamış və kadrla təmin etmişdir. Tahir müəllimin rəhbərliyi ilə araya-ərsəyə gətirilmiş qurğular öz analoqlarından sadəliyi, etibarlılığı ilə seçilir. Bu laboratoriyada  hazırlanmış universal voltmetr də öz əhəmiyyəti və dəyəri ilə diqqəti cəlb edir. Bu cihaz vasitəsilə sabit gərginliyi, cərəyan şiddətini, aktiv müqaviməti ölçmək mümkündür.

Havadan azot, oksigen, arqon və hidrogenin alınma texnologiyası, maye və qaz halında kimyəvi, fiziki xassələri dəqiq təhlil etməklə satışda müsbət nəticə alınmışdır.

Moskva Dövlət Universitetində, Budapeşt Texniki Universitetində, Aşqabad Dövlət Universitetində dəfələrlə təcrübə mübadiləsində olmuş və mühazirələr oxumuşdur. Dünyanın bir çox elm və təhsil mərkəzləri  ilə əlaqəli elmi iş aparmışdır.

Moskva Dövlət Universiteti, Yekaterinburq Metallar Fizikası İnstitutu, Ekaterinburq Dövlət Universiteti (ETU), EA Metallar Fizikası İnstitutu, Ukrayna Dövlət Universiteti, Budapeşt Texniki Universiteti, Türkiyədə bir çox universitetlər, İran İslam Respublikasının (Təbriz və Tehran) bir çox universitetlərində təcrübə mübadiləsində olmuşdur.

Keçmiş İttifaqın bərk cisimlər, maqnit hadisələri fizikası üzrə mütəxəssislərindən akademik S.V.Vonsovski, akademik V.Q.Baryaxtar, SSRİ Dövlət mükafatı laureatı E.İ.Kondorski, A.V.Deryaqin, Q.S.Krinçik, N.V.Volqenşteyn, R.P.Ozerov, B.Q.Livşits, V.E.Zinovyev, Azərbaycan SSR EA-nın müxbir üzvü Y.M.Seyidov, akademik E.M.Şaxtaxtinski və başqaları onun doktorluq dissertasiyasına yüksək qiymət vermişlər.

60-dan çox beynəlxalq və respublika elmi konfransında məruzələrlə çıxış etmiş, 20-dən çox müəlliflik şəhadətnaməsi və patentin, ixtiranın, 360-dan çox elmi məqalənin, 15 monoqrafiya, dərs vəsaiti və metodiki vəsaitin müəllifi kimi "Metallar fizikası", "Maqnit hadisələri fizikası" sahəsində ilk dəfə atom və maqnit nizamlı struktura malik dəmir-nikel tərkibli ərintilərə 3d, 4d, 5d və 4f elektron quruluşuna malik keçid və nadir torpaq elementləri ilə leqirləməklə geniş konsentrasiya sahəsində maqnit yumşaq ərintilər sintez etmiş və onların strukturunu, maqnit, elektrik, istilik və digər fiziki xassələrini termik emaldan asılı olaraq tədqiq etmiş və nəticədə yüksək  texniki parametrlərə malik olan, istehsalatda geniş tətbiqini tapmış permalloy strukturlu ərintilər almış, tədqiqat praktik cəhətdən əsaslandırılmışdı. Belə ki, alınan elmi nəticələr ölkənin bir çox iri müəssisələrində - Moskva Elektromaqnetizm Zavodunda, Moskva Elektromexanika və Avtomatika İnstitutunda, SSRİ EA-nın Yüksək Temperaturlar İnstitutunun xüsusi konstruktor bürosunda, Bakının Azərelektromaş Birliyində, Bakı Radio Zavodunda və bir çox başqa müəssisələrdə geniş tətbiq edilmiş və istehsalata milyonlarla effekt vermişdir. Bu işlərin nəticəsi kimi çoxlu müəlliflik şəhadətnaməsi almışdır. Amorf maqnit yumşaq ərintiləri tədqiq etmək üçün Budapeşt Texniki Universitetində ezamiyyədə olmuşdur.

Amorf maqnit yumşaq ərintilərin (Fe-Ni-Si-B) tədqiqi nəticəsində yüksək maqnit nüfuzluğu, maqnit induksiyası və xüsusi elektrik müqaviməti böyük olan materiallar alınmış, onların fiziki xassələri öyrənilmiş, müşahidə olunan anomaliyaların, faza keçidlərinin, polimorf çevrilmələrin elmi-nəzəri əsasları işləmiş və istehsalata tətbiqini təmin etmişdir.

İstehsalatla bağlı 18 elmi-tədqiqat işi tövsiyə etmişdir. Həmçinin arqon qazının qarışıq qazlardan ibarət daha keyfiyyətli arqomiks qazı qaynaq istehsalında tətbiq edilmiş, yeni ixtira kimi patent almışdır.

1960-cı ildən indiyədək 15-dən çox aspirantı, dissertantı namizədlik, 20-dən çox yetirməsi magistr dissertasiyası müdafiə etmişdir.

Alim üçün əsərlər, ictimai fəaliyyət, tələbə hörməti başlıca amillərdir. Tahir müəllim o qədər də rahat olmayan, ağrılı-acılı, çətin günləri olan 75 illik ömrünün təxminən 50 ilini müəllim kimi auditoriyalarda, alim kimi laboratoriya və istehsalat müəssisələrində, bir dost-qardaş kimi onu sevənlərin yaddaşında yaşayır. Tahir Pənahov inadlı və gərgin zəhməti, səmimiyyət və qayğıkeşliyi, xeyirxahlığı və işgüzarlığı ilə bunları qazanıb...

Bu uğurlarda onun ailəsinin də rolu vardır. Ömür-gün yoldaşı N.Pənahova müəllimdir. Oğlu N.Pənahov elmlər namizədidir, qızı M. Pənahova ailəlidir.

Tahir Musa oğlu metal və ərintilər sahəsində yeni istiqamət yaratmış alimdir. 

Abdulla MEHRABOV,
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun
direktoru, professor

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov