İyunun 28-də 2 nömrəli Bakı Baza Tibb Kollecində
keçirilən "Məzun günü" Azərbaycan
Respublikasının Dövlət himninin səsləndirilməsi
ilə başladı.
Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva
açaraq tələbələrə ən xoş istəklərini çatdırdı.
Direktor məzunların harada işləməsindən asılı
olmayaraq nailiyyətləri ilə təhsil ocağına
başucalığı gətirəcəklərinə ümidvar olduğunu
bildirərək onlara olan etimadı hər zaman
doğrultmalarını, tibb işçisi adını layiqincə
daşımağı arzuladı.
Çıxış üçün söz alan məzunlar onların üzərində
əməyi olan doğma müəllimlərinə, həmçinin yüksək
təhsil almaları üçün yaradılan hər cür imkan və
şəraitə görə kollecin rəhbərliyinə minnətdarlıq
etdilər.
Sonra təhsil ocağının 4 şöbə üzrə məzun olan
208 gənci kollecin tarixində ilk dəfə olaraq
orta tibb işçiləri andı içdi.
Kollecin fəaliyyətindən bəhs edən filmin
nümayişi isə hamı tərəfindən maraqla qarşılandı.
"Məzun günü" kollecin tələbələrdən ibarət mahnı
və rəqs qrupunun çıxışı ilə davam etdi. Həmin
gün gənclər heç vaxt yaddan çıxmayacaq və hər
zaman xoş hisslərlə xatırlanacaq tələbəlik
həyatına "əlvida" dedilər.
S.KƏRİMOVA |