Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

01 İyul 2011 - ¹25

 

İyunun 30-da Təhsil Nazirliyində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi ilə bağlı mətbuat konfransı keçirilib

 

Tədbirdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev də iştirak edib.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov 1-3 iyul 2011-ci il tarixlərində Bakıda keçiriləcək Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən təşkil edildiyini bildirib. Nazir deyib ki, konqresdə 20-dən çox ölkədən, o cümlədən Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İran, ABŞ, Fransa, Malayziya, Ukrayna, Gürcüstan və digər ölkələrdən olan riyaziyyatçı alimlər iştirak edəcək. Konqresin saytında 700 nəfərdən çox iştirakçının qeydiyyatdan keçdiyini nəzərə çatdıran təhsil naziri konqresə xarici ölkələrdən 300-dək iştirakçının qatılacağını vurğulayıb.

Misir Mərdanov Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) (Turkish World Mathematical Society (TWMS)) 1999-cu ildə Türkiyənin Elazığ şəhərində əsası qoyulmuş beynəlxalq təşkilat olduğu haqda məlumat verib, bu qurumun öz sıralarında Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla yanaşı, Rusiya, Çin, ABŞ, Fransa, İsveç və digər ölkələrdən olan riyaziyyatçı alimləri birləşdirdiyini söyləyib. Təşkilatın əsas məqsədinin türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələrin ölkələrimizin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda türksoylu alimlərin dünya miqyasında tanınmasına dəstək vermək olduğunu nəzərə çatdıran nazir 1999-cu ildən etibarən bu cəmiyyətin üç konqresinin keçirildiyini bildirib.

Azərbaycanda fundamental elmlərin inkişafı istiqamətində son illər ərzində görülmüş işlərin müsbət nəticələr verdiyini qeyd edən təhsil naziri Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresinin Bakıda keçirilməsinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Konqresin proqramının və tezislərinin ingilis dilində çap olunduğunu bildirən nazir bu tədbirin Azərbaycan alimlərinin beynəlxalq əlaqələrinin genişlənməsinə yeni imkanlar yaradacağına inamını ifadə edib.

Sonda təhsil naziri Misir Mərdanov media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov