Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 İyun 2011 - ¹24

 

"Boyum balaca olduğuna görə məni meydana buraxmaq istəmirdilər"

 

Müsahibimiz "Regional Futbol Federasiyaları" İctimai Birliyinin prezidenti, "Şöhrət" ordenli İsgəndər Cavadovdur. 

Gələn ayın əvvəllərindən dünyanın ən populyar idman növü olan futbolun ölkəmizdə yüzillik tarixi ilə bağlı yubiley tədbirləri keçiriləcək. Bir əsrlik tarixi olan Azərbaycan futbolunun bu müddət ərzində uğurları az olmayıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra idmanın bütün sahələrində olduğu kimi, futbola da diqqət və qayğı xeyli artmışdır.  Futbolumuzun yubileyi ərəfəsində məşhur dəri top ustası, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, "Regional Futbol Federasiyaları" İctimai Birliyinin prezidenti, "Şöhrət" ordenli İsgəndər Cavadovla söhbət etdik. İsgəndər Cavadov 1956-cı il sentyabrın 20-də Bakı şəhərində anadan olub. Orta təhsilini 6 nömrəli internat-məktəbdə alıb. 1976-cı ildə Azərbaycan Dövlət Bədən  Tərbiyəsi  və İdman Akademiyasına daxil olaraq 1980-ci ildə oranı bitirib. 1983-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Peşəkar idman fəaliyyəti ilə yanaşı, Respublika Prokurorluğunda işləyir. Ailəlidir, iki oğlu var.

- İsgəndər Cavadovun dünyaya göz açdığı yurd yeri haqqında düşüncələri...

- Hər şeydən əvvəl, Azərbaycan futbolunun yüzillik yubileyi münasibəti ilə bütün idmansevərləri, veteranları, azarkeşləri və bu idman növünün inkişafı üçün əmək sərf edənlərin hamısını təbrik edirəm. Mən 6 nömrəli internat-məktəbdə təhsil almışam. Uşaq yaşlarımdan idmanın gimnastika və sərbəst güləş növlərinə böyük həvəsim olub və bir neçə il bu idman növləri ilə məşğul olmuşam. Təxminən on yaşımdan sonra məhəllələrdə keçirilən futbol oyunlarında oynamışam. Heç yadımdan çıxmır, mənim boyum balaca olduğuna görə, məhlə uşaqları məni ilk vaxtlar meydançaya buraxmırdılar. Amma qardaşlarımın futbolçu olmalarını nəzərə alıb, hərdənbir oyunlarda iştirak etməyə icazə verirdilər. Sonradan mənim cəldliyimi görüb komanda yoldaşlarım həmişə oyunlarda önə çəkirdilər.  Suraxanı və Balaxanı rayonlarının uşaqları ilə məhəllələr və rayonlararası yarışlar keçirirdik. Məhəllə futbolu məni bir az da peşəkarlaşdırdı.  14 yaşımda məşqçilərin köməyi ilə futbolun texniki sirlərini öyrənməyə başladım.  Uğurlarım da bundan sonra artdı.

- İsgəndər Cavadova futbolu sevdirən nə oldu?

- Ailədə 9 uşaq olmuşuq. Mən ailənin sonuncu övladıyam. Məndən böyük qardaşlarım  Rza Cavadov, Tofiq Cavadov, Füzuli Cavadov da məşhur futbolçular olub. Onların futbola həvəsi məndə də bu idman növünə maraq oyatdı. Müəllimim Eduard Dadaşoviç Cəbrayılovun mənim peşəkar və təcrübəli futbolçu olmağımda böyük zəhməti vardır. O, mənim boyumun balaca olmasına baxmayaraq, çevikliyimə görə deyərdi: sən peşəkar və tanınmış futbolçu olacaqsan. 1974-1976-cı illərdə "Xəzər" (Sumqayıt) və "Avtomobilçi" (Bakı) komandalarında iştirak etmişəm. Təcrübə toplayaraq 1977-ci ildən  böyük futbola çıxdım. 1980-ci ildə idman ustası adına layiq görüldüm. Peşəkar futbolçu kimi "Neftçi", "Dinamo" klublarında çıxış etmişəm.

- Böyük futbola gəlməyinizdə kimlərin köməyini gördünüz?

- Əldə etdiyim uğurlara görə həmişə özümü ümummilli lider Heydər Əliyevə borclu bilirəm. Məhz onun diqqət və qayğısı nəticəsində biz - Maşallah Əhmədov, İqor Ponomaryov, Səməd Qurbanov, Asim Xudiyev və başqaları peşəkar futbolçu kimi yetişmişik. O, sovetlər dönəmində respublikaya rəhbərlik etdiyi vaxt tez-tez idmançılarla görüşür, onların problemləri ilə maraqlanır və yerindəcə həll edirdi. Ötən əsrin 80-90-cı illərində "Neftçi"də yerli futbolçuların artması da ulu öndərin diqqət və qayğısı hesabına həyata keçmişdi. Onun tapşırığı ilə komandamız üçün yeni təlim - məşq bazası tikilmiş, respublika stadionu təmir olunmuşdu. 32 il bundan əvvəl Heydər Əliyev komandanın üzvlərini qəbul etmişdi. Həmin görüşdə bir çox məsələlər müzakirə olundu, bizə tövsiyələr verildi. Ümummilli lider həmin görüşdə bildirmişdi ki, "Neftçi"nin hər bir qələbəsinə mən də xalqımız kimi sevinirəm.  Ulu öndər "Neftçi"nin o vaxtkı rəhbərliyinə tapşırmışdı ki, Azərbaycanın bütün regionlarında olan istedadlı, futbola marağı olan yeniyetmələri tapıb üzə çıxarsın. Ümummilli liderimiz deyirdi ki, hər bir idman növündə olduğu kimi, futbolda da böyük məsuliyyət, özünə qarşı tələbkarlıq və əzmkarlıq lazımdır. Bu görüşdən çox ruhlanmışdım. Bu görüşdən sonra mənim həyatımda, futbolçu kimi futbol karyeramda bir dönüş yarandı.

- Sizcə, futbolumuzu irəli aparmaq üçün idman məktəblərində və cəmiyyətlərdə hansı işlər görülməlidir?

- İlk növbədə, idman məktəblərində və idman cəmiyyətlərində peşəkar müəllim - mütəxəssislər olmalıdır. Müəllim bilməlidir ki, o, idmanın hansı növünün incəliklərini  uşaqlara öyrədir. Sevinirik ki, ümummilli liderin layiqli davamçısı ölkə başçısı cənab  İlham Əliyevin rəhbərliyi altında idmanın bütün sahələrində Azərbaycan dünya ölkələri arasında öz sözünü deyir. Ölkə başçısı futbolumuzun da dünya standartlarına çatması üçün böyük işlər görür. Bunun nəticəsi olaraq bu yaxınlarda ölkəmizdə yüksək səviyyədə stadionun tikilməsinə start verilib.

- Rəhbərlik etdiyiniz "Regional Futbol Federasiyaları" İctimai Birliyi üç ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində hansı işləri həyata keçirə bilmisiniz?

- Təşkilat hazırladığımız plan üzrə fəaliyyət göstərir. Bölgələrdə futbol ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirilmişdir. "Danone" klub yarışları bütün bölgələri əhatə etmişdir. 17 yaşlı futbolçular arasında region kuboku yarışları keçirilmişdir. Ötən il 1995 -1996-cı il təvəllüdlü futbolçular arasında yeddi region üzrə yarışlar start götürmüşdür. Turnirdə regionlar üzrə 45 komanda mübarizə aparırdı. Bu yaxınlarda ikinci region kuboku keçirildi. Bu turnirdə artıq 64 komanda iştirak etdi. Hesab edirəm ki, futbolun inkişafında bölgələr diqqət mərkəzində saxlanılmalıdır. Futbolumuzu irəli aparmaq üçün bölgələrdə peşəkar kadrlar işləməlidir. Bunun üçün müvafiq işlər görürük. Xüsusilə qeyd etmək istərdim ki, məhz bütün ölkədə kütləvi və uşaq futbolunun populyarlığı bu idman növünün uğurlu sabahı üçün zəmin yarada bilər. Uşaq futbolunun inkişafı üçün aidiyyəti nazirliklər də böyük diqqət göstərirlər. Bu yaxınlarda Təhsil Nazirliyi və AFFA-nın dəstəyi ilə müasir standartlara cavab verən yüksək səviyyədə stadion yeniyetmələrin istifadəsinə verildi.

- Sonda xahiş edərdik ki, yarışlarda olan maraqlı və yumoristik məqamlardan yadda qalanını bizə danışasınız.

- Klubun fiziki baxımdan çox güclü olan administratoru var idi. Uzun illər sərbəst güləş və ağırlıqqaldırmaqla məşğul olduğuna görə, həmişə çempionata səfərə gedəndə tibbi avadanlıqlarla dolu olan ağır çanta götürərdi. Güclü olduğuna görə fikir verməzdi ki, əlində 10 və yaxud 20 kq  yük var. Mən də uşaqlarla sözləşib zarafat üçün bunun çantasına 5 dənə qırmızı kərpic qoydum. Hava limanının polis işçiləri çantanı monitordan keçirəndə ona sual verdilər ki, kərpicləri hara aparırsan. O əsəbiləşdi ki, kərpic nədi, tibbi avadanlıqlar aparıram. Çantanı yerə boşaldanda 5 dənə kərpic çıxdı. Hava limanının işçiləri bizimkilərlə yarım saat gülüşdülər.  

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov