Əl Oyunları İdman Sarayında Bakı Şəhəri
üzrəTəhsil İdarəsi və Azərbaycan Respublikası
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının
birgə təşkilatçılığı ilə "Təhsildə İKT-nin
tətbiqi - bilik, təcrübə, texnologiya" adlı
konfrans-sərgi keçirilmişdir. Tədbir paytaxt
məktəblərində elektron tədris resurslarından
istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil
ictimaiyyətini məlumatlandırmaq, tədris
məqsədləri üçün İnternetdən istifadənin yeni
formalarını üzə çıxarmaq, informasiya
texnologiyalarından fəal istifadə edən
müəllimləri həvəsləndirmək məqsədi daşıyırdı.
Konfrans-sərgidə paytaxt məktəblərinin müəllim
və şagirdlərinin İKT sahəsindəki nailiyyətləri
nümayiş etdirildi. Yaxın günlərdə isə həmin
konfrans-sərgiyə həsr olunan kitab nəşr ediləcək.
BŞTİ-dən aldığımız məlumata görə, sözügedən
kitabda təhsildə İKT-nin tətbiqi ilə bağlı
Prezident İlham Əliyevin müvafiq sərəncamları, o
cümlədən sərəncamın icrası istiqamətində görülən
işlər, BŞTİ-nin müdiri Nailə Rzaquliyevanın
konfrans-sərgi zamanı çıxışı, bölmələr üzrə
məlumatlar, fotogörüntülər, qonaqların sərgi ilə
bağlı təəssüratları öz əksini tapacaq.
Niyazi RƏHİMOV |
|