Bakıdakı
60 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
Bikə Quliyevadan aldığımız məlumatda bildirilir
ki, əvvəlki illərlə müqayisədə son vaxtlar
bağçada çox ciddi dönüş yaradılıb. Burada
vaxtaşırı müxtəlif mövzularda keçirilən
tədbirlər tərbiyəçiləri daha yaxşı işləməyə
ruhlandırır. Bağçada 75 uşağın tərbiyəsi ilə
səkkiz tərbiyəçi məşğul olur. Onlardan Əsli
Əliyeva, Şəfiqə Ağayeva, Zülfiyyə İslamova,
Zöhrə Şahverdiyeva və başqaları qruplarda
keçdikləri məşğələləri yüksək səviyyədə qurur
və körpələrə doğma ana qayğısı göstərirlər.
Bu günlərdə bağçada "Əlvida, bağça" adlı tədbir
keçirildi. Bağçada tərbiyə alan 36 uşaq birinci
sinfə yola salınırdı. Sevinc içərisində olan
uşaqlar məktəb, bağça, müəllimlə bağlı şeir
söyləyir, mahnı oxuyur və rəqs edirdilər.
Uşaqları təbrik edənlər arasında valideynlər də
var idi. Çıxış edən valideynlər bağçanın
fəaliyyətindən və burada görülən işlərdən böyük
razılıq edirdilər.
Tədbirin sonunda bağça ilə vidalaşan uşaqlar öz
tərbiyəçi müəllimləri ilə birlikdə xatirə şəkli
də çəkdirdilər.
Şakir CƏFƏROV |