Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun
vaxtilə təhsil aldığı Biləsuvar rayonu M.Piriyev
adına Əliabad kənd tam orta məktəbində əsaslı
təmir işləri başlanıb. Təmir işləri Azərbaycan
Respublikası Təhsil Nazirliyinin vəsaiti
hesabına aparılır. Əsaslı təmir işlərini "Namiq"
MMC firması həyata keçirir.
Hazırda məktəbin yardımçı binalarının
otaqlarının içəri və çöl divarları qaşınaraq
yeni suvaq vurulur. Binanın dam örtüyü
dəyişdirilir, istilik sistemi yeniləşdirilir,
elektrik xətti yenisi ilə əvəz olunur. İdman
zalında da əsaslı təmir işləri aparılaraq,
soyunub-geyinmə və müəllimlər üçün otaqlar
yenidən tərtib edilir, duşxana və yeni
kanalizasiya sistemi çəkilir.
Məktəbin əsaslı təmir işləri cari il sentyabrın
15-nə kimi başa çatdırılaraq müəllim və
şagirdlərin istifadəsinə veriləcək.
ƏDALƏT |