Bakının
Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam
orta məktəbdə Azərbaycanın dövlət
müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü
münasibəti ilə tədbir keçirilib. Şagirdlərin
ifasında Azərbaycan Respublikasının Dövlət himni
səsləndikdən sonra dahi bəstəkar Üzeyir
Hacıbəylinin "Uvertüra"sının sədaları altında
üçrəngli Dövlət bayrağı səhnəyə gətirilib.
Tədbirin aparıcıları olan IV "a" sinfinin
şagirdləri Azərbaycanın müstəqillik tarixindən
danışıbar. Onlar müstəqilliyimizin bərpa
olunmasında, tanınmasında müasir Azərbaycanın
qurucusu ümummilli lider Heydər Əliyevin
misilsiz xidmətlərindən söz açıblar. Dördüncülər
vətənpərvərlik şeirləri söyləyib, mahnılar ifa
ediblər.
Məktəbin direktoru Elmira Cabbarova müstəqil
Azərbaycan dövlətinin möhkəmləndirilməsində,
dünya ölkələri sırasında layiqli yer tutmasına
nail olmuş ulu öndər Heydər Əliyevin qüdrətli
dövlət başçısı kimi həmişə ürəklərdə,
yaddaşlarda yaşayacağını bildirib. Gecənin
hazırlanmasında IV "a" sinfinin müəllimi Xatirə
Quliyevaya və şagirdlərə təşəkkür edib.
Şagirdlər müstəqilliyimizə aid film nümayiş
etdiriblər. Çıxış edən qonaqlar dördüncülərin
aktivliyini yüksək qiymətləndirərək belə
tədbirlərin təhsil ocaqlarında keçirilməsinin
əhəmiyyətini qeyd edib, məktəb kollektivinə
minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda 41 il pedaqoji iş təcrübəsinə
malik, 30 il 156 nömrəli məktəbə rəhbərlik edən
Elmira Cabbarovanın "Hər sinifdə izim var
mənim" kitabı qonaqlara hədiyyə edilib.
Rəşad ZİYADOV |