Rusiyanın
Orlov Dövlət Universitetinin və Moldova
Beynəlxalq Universitetinin nümayəndələri
Lənkəran Dövlət Universitetində (LDU) olmuşlar.
Universitetdə keçirilən görüşdə fikir mübadiləsi
aparılmışdır.
Lənkəran
Dövlət Universitetinin rektoru, əməkdar elm
xadimi, professor Asəf İsgəndərov təhsil
islahatlarına uyğun olaraq ali təhsil ocağında
aparılan işlərdən, elm və təhsilin inkişafı
istiqamətində əldə edilmiş uğurlardan,
beynəlxalq əlaqələrdən danışmış, qonaqları
maraqlandıran suallara cavab vermişdir.
Bildirilmişdir ki, LDU-da beynəlxalq əlaqələr
ildən-ilə genişlənir. Universitet bir neçə
xarici ölkənin ali məktəbləri ilə, o cümlədən
Mark Blok adına Strasburq Universiteti
(Fransa), M.V.Lomonosov adına Moskva Dövlət
Universiteti (Rusiya), Ankara Universiteti
(Türkiyə), Gilan Universiteti (İran) və s.
əməkdaşlıq edir.
Qeyd
edilmişdir ki, Fransa, Almaniya, Rusiya,
Türkiyənin tanınmış ali məktəblərində təcrübə
mübadiləsində olanlar arasında Lənkəran Dövlət
Universitetinin müəllimləri də vardır. Fransa,
Almaniya və digər xarici ölkələrin ali
məktəblərinin müəllimləri də LDU-da təcrübədə
olmuşlar.
Orlov Dövlət
Universitetinin koordinatoru, dosent
L.Kolesnikova, Moldova Beynəlxalq
Universitetinin beynəlxalq əlaqələr üzrə
prorektoru G.Ohrband səmimi görüş üçün
minnətdarlıqlarını bildirmiş, LDU ilə
əməkdaşlığın daha da genişləndiriləcəyini
söyləmişlər.
Sonda elm və
təhsil istiqamətində görüləcək işlərlə əlaqədar
Lənkəran Dövlət Universiteti, Orlov Dövlət
Universiteti və Moldova Beynəlxalq Universiteti
arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Hacı Etibar ƏHƏDOV |
|