Təhsil
Nazirliyinin "Qaynar xətt" xidmətinə
(telefonlar: 496-34-82; 496-37-61; faks:
496-37-61; e-mail ünvanı:
qaynar-xett@edu.gov.az) 2011-ci ilin may
ayında 2102 müraciət daxil olub.
Müraciətlərin
1922-si telefonla, 180-i elektron poçt vasitəsi
ilə qəbul edilib. Müraciətlərin böyük hissəsi
(1875 müraciət) sorğu və məlumat, 227-si isə
şikayət xarakterlidir. Şikayət xarakterli
müraciətlərin əksər hissəsi ümumtəhsil
məktəblərindən, bir qismi məktəbəqədər təhsil,
ali və orta ixtisas təhsili, məktəbdənkənar
tərbiyə, texniki peşə təhsili müəssisələrindən
daxil olub.
Sorğu
xarakterli müraciətlər ölkədaxili və beynəlxalq
olimpiadalar, xaricdə təhsil, əlavə təhsil,
ümumtəhsil məktəblərinin buraxılış siniflərində,
ali və orta ixtisas təhsili sistemində yeni
qiymətləndirmə sistemi, təhsil sənədlərinin
alınması, nostrifikasiyası, buraxılış
imtahanlarının təşkili, keçirilməsi və
nəticələrinin öyrənilməsi, təhsil
müəssisələrinə, xüsusilə ümumtəhsil məktəblərinə
vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə
işə qəbulu qaydaları, növbəti dərs ilində
birinci siniflərə şagird qəbulu, müəllimlərin
dərs yükü normaları ilə əlaqədardır. Bütün bu
sorğular "Qaynar xətt" xidmətinin növbətçi
əməkdaşları tərəfindən qeydə alınıb və
cavablandırılmaqla həllini tapıb.
Ötən ay
ümumtəhsil məktəbləri üzrə Bakıdan 66,
Sumqayıtdan 8, Gəncədən 2, Mingəçevirdən 1,
Abşerondan 12, Füzulidən 6, Goranboy, Qəbələ,
Şəki və Lerik rayonlarının hər birindən 5,
Qazax, Tovuz, Gədəbəy və Zaqatala rayonlarının
hər birindən 4, Siyəzən, Daşkəsən, Tərtər,
Şəmkir, Ağcabədi, İsmayıllı, Masallı, Yevlax
rayonlarının hər birindən 3, İmişli, Xaçmaz,
Cəlilabad, Kəlbəcər, Şəmkir, Ağcabədi,
Biləsuvar, Zəngilan, Yardımlı, Xızı, Laçın,
Qusar rayonlarının hər birindən 1 şikayət
məzmunlu müraciət daxil olub.
Ümumtəhsil
məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini
məktəb direktorlarının idarəetmədə yol verdiyi
nöqsanlar, məktəblərdə fond pulu toplanması,
dərs bölgüsündən narazılıq, buraxılış
imtahanları ilə əlaqədar vərəqələrin paylanması,
bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz
təşkili, müəllimlərin əməkhaqlarından qanunsuz
tutulmalar, məzuniyyətin düzgün hesablanmaması,
maaşların gecikdirilməsi ilə əlaqədar məsələlər
təşkil edib.
Müvafiq
araşdırma zamanı yenə də xeyli sayda müraciətdə
ad, soyad və telefon nömrələrinin qeyri-dəqiq
olduğu aşkarlanıb, müraciətlərin böyük bir
qismində qeyd olunan faktlar öz təsdiqini
tapmayıb.
Məktəbəqədər
təhsil müəssisələri ilə əlaqədar "Qaynar xətt"ə
edilmiş 12 müraciətin 6-sı Bakı, 2-si Sumqayıt
şəhərlərindən, 3-ü Abşeron, 1-i Şabran
rayonlarından olub. Bu müraciətlərdə uşaq
bağçalarına qəbul, uşaqlara verilən yeməklərin
keyfiyyəti, bağçadan-bağçaya köçürülmə və digər
mövzularda valideynləri narahat edən məsələlər
əksini tapıb.
May ayında
məktəbdənkənar tərbiyə müəssisələrindən 1
şikayət məzmunlu müraciət qəbul edilib və
müvafiq qaydada araşdırılıb.
"Qaynar xətt"
xidmətinə texniki peşə təhsili müəssisəsi ilə
əlaqədar 9, internat-məktəblər ilə bağlı 3
müraciət daxil olub. Müraciətlərdə şagirdlərin
təqaüdünün gecikdirilməsi, şagird qəbulu,
internat-məktəblərdə təhsilin səviyyəsinin aşağı
olması, dərsliklərin verilməməsi və digər
məsələlərə toxunulub.
Dövlət ali və
orta ixtisas təhsili müəssisələri ilə bağlı 19,
özəl ali təhsil müəssisələri ilə əlaqədar 2
müraciət daxil olub. Dövlət ali və orta ixtisas
təhsili müəssisələrindən daxil olmuş
şikayətlərdə əsasən, təhsil sənədlərinin
gecikdirilməsi, imtahanlarla əlaqədar sualların
qabaqcadan verilməməsi, təhsil haqqının
ödənilməsi, diplomun gecikdirilməsi və başqa
məsələlərlə bağlı problemlər əksini tapıb. Özəl
ali təhsil müəssisələrindən daxil olmuş hər 2
müraciət Odlar Yurdu Universitetində diplom üçün
rüsum tələb olunması barədədir. |
|