İyunun 17-də
ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında
Birləşmiş Ştatların universitetlərinin məzunları
və cari ildə bu ölkədə təhsil alacaq gənclər
görüşmüşlər. Səfir Mətyu Brayzə ABŞ-da təhsil
almağa imkan yaradan proqramlar haqqında
danışmışdır. Bildirmişdir ki, bu il 150
azərbaycanlı gənc ABŞ-a təhsil almağa yola
düşəcəkdir.
Diplomat
azərbaycanlı gənclərin Birləşmiş Ştatlarda
təhsil almalarının əhəmiyyətini vurğulamışdır.
M.Brayzə demişdir: "Öz təcrübəmdən deyə bilərəm
ki, xarici ölkədə təhsil almaq, fərqli
mədəniyyətlə tanış olmaq yeni üfüqlər açır.
Bilirəm ki, belə münasibətlər ölkələr arasında
dostluq və anlaşma əlaqələri də yaradır. Bu isə
beynəlxalq əlaqələrdə çox mühüm rol oynayır".
Sonda tədbir
iştirakçıları "Qremi" mükafatına layiq görülmüş
dörd nəfərdən ibarət "Qospel" musiqi qrupunun
mahnılarını dinləmişlər. |