Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 İyun 2011 - ¹23

 

Fransa, ABŞ və Avropada təhsil alan azərbaycanlı doktorantların konfransı keçirilib

 

AzərTAc xəbər verir ki, Azərbaycan Diplomatik Akademiyasının (ADA) təşəbbüs və təşkilatçılığı, Fransa Siyasi Elmlər İnstitutunun professoru, Belçika parlamentinin fəxri sədri An-Mari Lizinin dəstəyi ilə bu institutda Amerikada və Avropanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı doktorantların ikigünlük konfransı keçirilmişdir.

İyunun 10-da konfransı açan An-Mari Lizin qonaqları salamlamış, Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev tədbirin məqsəd və vəzifələri barədə danışmışdır.

Konfransın ilk günündə siyasi mövzularda çıxışlar səslənmişdir.

Belçika parlamentinin keçmiş sədri, senator An-Mari Lizinin Avropa və Azərbaycan münasibətlərinə həsr olunmuş çıxışı maraqla qarşılanmışdır. Belçikalı senator Avropanı təhdid edən enerji böhranının aradan qaldırılmasında neft və qazla zəngin olan Azərbaycanın rolunu yüksək qiymətləndirmiş, son illər ölkəmizin iqtisadiyyatının sürətli inkişafından söhbət açmış, Avropa İttifaqının enerji təhlükəsizliyinin aradan qaldırılması, digər iqtisadi sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olmasından bəhs etmişdir.

İyunun 11-də öz işini davam etdirən konfransda azərbaycanlı doktorantlar iqtisadiyyatla bağlı üzərində çalışdıqları mövzular barədə məlumat vermiş, ölkəmizin iqtisadi inkişafına toxunmuş, Avropa dövlətlərinin iqtisadi göstəriciləri ilə müqayisələr aparmışlar.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov konfrans iştirakçıları qarşısında "İctimai diplomatiya və elm adamlarının bu sahədə rolu" mövzusunda məruzə ilə çıxış etmişdir. Səfir Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etdikdən sonra müxtəlif ölkələrlə diplomatik əlaqə yaratmasından, dünyanın 60-dan çox dövlətində səfirliklərimizin, daimi nümayəndəliklərimizin və baş konsulluqlarımızın fəaliyyət göstərdiyini diqqətə çatdırmış, diplomat peşəsinin çətin, eyni zamanda şərəfli peşə olduğunu xatırlatmş, ölkəmizin müstəqil siyasət yeritdiyini xüsusi vurğulamış, Azərbaycan-Fransa münasibətlərinə toxunmuşdur. E.Əmirbəyov diplomatiyanın formalaşmasında elm adamlarının xüsusi rol oynadıqlarını bildirmişdir.

Səfir doktorantların suallarını ətraflı cavablandırmışdır.

ADA-nın rektoru Hafiz Paşayev konfransla bağlı müsahibəsində bildirmişdir ki, rəhbərlik etdiyi təhsil ocağı ilə Amerikada təhsil alan azərbaycanlı doktorantlar arasında sıx və hərtərəfli münasibətlər yaranmışdır. Akademiya ilk dəfədir ki, Avropada təhsil alan doktorantlarla belə bir konfrans keçirir. Bu konfransda hər bir doktorant çalışdığı mövzu barədə məlumat verməklə yanaşı, öz potensial imkanlarını da nümayiş etdirir. Belə konfranslar keçirməklə biz xaricdə təhsil alan azərbaycanlı doktorantlar arasında seçim edir, onların arasından ən yaxşılarını üzə çıxarır və Azərbaycan Diplomatik Akademiyasında işə dəvət edirik. Mənim üçün Amerikada təhsil alan azərbaycanlı doktorantlarla Avropanın ali məktəblərində oxuyanların bilik səviyyəsinin müqayisəsi xüsusi maraq doğururdu. Etiraf edim ki, müəyyən dərəcədə fərqin şahidi oldum.

ADA-nın icraçı dekanı Fariz İsmayılzadə konfransla bağlı AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir: "ADA hər il ənənəvi olaraq xaricdə təhsil alan azərbaycanlı doktorantların konfransını keçirir. Bu günlər Parisdə keçirilən bu yığıncaq say hesabı ilə bizim artıq beşinci konfransımızdır. Bundan əvvəl belə konfransı Amerikada, sonra isə ölkəmizdə keçirmişik. 2011-ci il üçün isə Avropa qitəsini seçmişik. Konfransın məhz Fransada keçirilməsini ona görə qərara almışıq ki, bu ölkə Avropanın mərkəzində yerləşir. Digər tərəfdən isə İngiltərənin, Almaniyanın, İtaliyanın, Belçikanın, Hollandiyanın və digər ölkələrin ali təhsil ocaqlarında təhsil alan tələbələrimizi Parisə toplamaq daha asandır.

Məqsədimiz xaricdə təhsil alan azərbaycanlı doktorantları müəyyən etməkdən və tanış olmaqdan ibarətdir. Bu tanışlıq onların hansı elm sahəsində araşdırmalar aparmalarına dair ətraflı məlumat almaq imkanı verir, digər tərəfdən isə doktorantların bir-biri ilə tanış olmalarına şərait yaradır. Son nəticədə biz xaricdə təhsil alan tələbələrimizi müəllim və yaxud tədqiqatçı qismində akademiyada işə cəlb etməklə onları Azərbaycana qaytarmaq istəyirik. Akademiyamız bundan əvvəl də bu istiqamətdə təşəbbüslər göstərmişdir.

Azərbaycan Diplomatik Akademiyası sürətlə genişlənir. Akademiyada ali təhsilin bakalavr və magistratura kimi dərəcələri fəaliyyət göstərir. Bu il biznes fakültəsinın açılması nəzərdə tutulmuşdur. Bütün bunlar akademiyada dərin biliyə, hərtərəfli savada və dünyagörüşünə malik kadrlara və müəllimlərə ehtiyac yaradır. Bu ehtiyacı isə xaricdə təhsil alan azərbaycanlı doktorantlar arasında seçim aparmaqla həll etməyə çalışırıq".

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov