|
|
|
Avropada
repetitorlara pul əsirgəmirlər |
|
|
|
Avropada
repetitorluq müqəddəs iş hesab olunur. Avropa
Komissiyasının son hesabatına görə, maliyyə
böhranı dövründə də avropalılar repetitorlara
pul xərcləməkdən çəkinmirlər. Hazırda ağır
maliyyə sıxıntıları yaşayan Yunanıstan uşaqların
təhsilinə ildə 1 milyard avro xərcləyir. Bu,
ölkə büdcəsinin orta təhsilə ayrılan
vəsaitlərinin 5\1 hissəsidir. Kiprdə ötən il
repetitorluq fəaliyyətinə 126 milyon avro sərf
olunub, bu isə büdcədən təhsilə sərf olunan
xərclərin 17 faizidir. İtalyanlar bu sahədə
hamını qabaqlayıblar. Bu ölkədə əsl "repetitor
bumu" yaşanmaqdadır. İtalyanlar repetitorlara
ildə 420 milyon avro xərcləyirlər.
Mütəxəssislər hesab edir ki, repetitorluq yalnız
İsveç, Danimarka və Finlandiya kimi ölkələrdə
inkişaf etməyib. Ən böyür repetitorluq bazarı
Fransadadır. Bu ölkədə repetitorlara 2,2 milyard
avro xərcləyirlər. Daha sonra Almaniya gəlir -
1,5 milyard avro. Bu ölkədə repetitorluq
xidmətləri təklif edən 3 mindən artıq firma
fəaliyyət göstərir. Skandinaviya ölkələrində
repetitor xidmətinə sadəcə ehtiyac yoxdur -
zəruri bilikləri bu ölkələrdə məktəblər verir. |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|