Ötən 25 illik tarixdə qazanılmış təcrübə,
perspektivlər
(Əvvəli qəzetin ötən sayında)
Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər
İnstitutunun 31.07.1998-ci il tarixli, 0/111
nömrəli, Təhsil Problemləri üzrə REMM-in
30.07.1998-ci il tarixli, 307/305 saylı
məktublarını və eksperimentin nəticələrini
nəzərə alaraq nazirlik 12.08.1998-ci il tarixli,
553 nömrəli əmri ilə 1998-99-cu dərs ilindən
həmin məktəbin 1-6-cı siniflərində maraq kursu
saatları hesabına "İnformatika və HT-nin
əsasları" fənninin tədrisinin təşkilini
məqsədəuyğun saymışdı.
1990-cı illərdən başlayaraq orta ümumtəhsil
məktəblərində çoxvariantlı proqramlardan
istifadəyə üstünlük verilirdi.
1991-ci ildə o zamankı SSRİ Dövlət Xalq Təhsili
Komitəsi tərəfindən "İnformatika və HT-nin
əsasları" kursu üzrə üç proqram təsdiq edildi və
bununla da ilk proqramın vahid metodiki
konsepsiyasına, məktəb informatika kursuna
yanaşmalarda vahidliyə son qoyuldu.
Proqramların izahat vərəqəsində qeyd edildiyi
kimi, müəllimlərə bu üç proqram və onlara uyğun
müxtəlif müəlliflər kollektivi tərəfindən
hazırlanmış üç sınaq dərs vəsaitlərinin birindən
istifadə etmək tövsiyə edilirdi.
Hər üç dərs vəsaiti iki il müddətində (X və XI
siniflərdə) 102 saat üçün nəzərdə tutulurdu.
Həmin dərs vəsaitlərinin müqayisəli təhlili
göstərirdi ki, hər üç dərs vəsaitindəki
məsələlərin hamısını bir proqramda reallaşdırmaq
mümkün deyil. K.A.Kayminin rəhbərliyi ilə
hazırlanan proqramda ilk proqramın nəzəri
məsələləri saxlanılmaqla EHM-də işə daha çox
diqqət verilirdi və o zaman məktəblərə əsasən
BK-0010, "Korvet", "Yamaha", "Aqat" tipli
kompüterlər verildiyindən proqram təminatı
onlara yönəlirdi. A.Q.Qeynin rəhbərliyi ilə
hazırlanan proqramda kurs üç hissəyə - EHM-lə
tanışlıq (16 s.), alqoritmlər və icraçılar (64
s.), informasiya və EHM informasiyanın emalı
vasitəsi kimi (34 s.) hissələrə ayrılmış,
proqram təminatına tədris elektron cədvəli, mətn
redaktoru, "Optima" tətbiqi proqramı və s. daxil
edilmişdi.
A.Q.Kuşnirenkonun rəhbərliyi ilə hazırlanmış
proqram isə üç variantda (maşınlı, yarımaşınlı
və maşınsız) tədrisin aparılmasına imkan verirdi.
Alqoritmik konstruksiyalar zəruri məsələlərin
həllindən asılı olaraq (praktikadan nəzəriyyəyə)
daxil edilirdi.
Lakin bu dövrdə olan sosial-ictimai şərait,
demokratiya ab-havası həmin proqramlar üzrə
qarşıya qoyulan məqsədlərə çatmağa imkan
vermədi və nəticədə informatikanın ümumtəhsil
məktəblərində tədrisi vəziyyəti həyəcan
doğurmağa başladı. Əksər hallarda informatikanın
ümumtəhsil aspektləri unudularaq, texnoloji
aspektlərinə, praktiki proqramlaşdırmaya ("Beyzik",
"Paskal", "Si" və s. dillərdə) daha çox fikir
verildi.
Respublikamız müstəqillik qazandıqdan sonra
məktəblərimizdə informatika üzrə 1990-cı ilədək
istifadədə olan proqramların yeniləşmiş
variantlarından istifadə edilirdi.
IX və X siniflərdə isə R.Ə.Əliyev, T.M.Əliyev,
M.Ə.Salahlı tərəfindən hazırlanmış dərslikdən
istifadə edilirdi və 2004-cü ilədək də həmin
dərsliyin müxtəlif nəşrlərindən istifadə
olunurdu.
Azərbaycan dilində ilk yeni proqram isə bu
sətirlərin müəllifi-Akif Əliyev və Ramin
Mahmudzadə, Əlif Məmmədov, Hidayət Tağıyevin
daxil olduğu qrup tərəfindən 1997-ci ildə
hazırlanıb Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən təsdiq edildi. Proqramda
bütün kursa 128 saat vaxt ayrılırdı (64 saat X
sinifdə, 64 saat isə XI sinifdə). Bu yeni
proqramda proqramlaşdırmanın öyrədilməsində
ənənəvi metodikadan imtina edilirdi. Çünki artıq
məktəb təcrübəsi göstərirdi ki,
proqramlaşdırmanın alqoritm və riyazi məsələlər
(ƏBOB-un hesablanması, tənliklərin həlli və s.)
üzərində qurulması yararsızdır.
Proqram aşağıdakı mövzuları əhatə edirdi:
X sinifdə - informatikanın əsasları (7 saat
nəzəri, 7 saat praktika), alqoritm və
proqramlaşdırma (7s., 7s.), proqramlaşdırmanın
əsasları (17s., 17s.).
XI sinifdə - proqramların layihələşdirilməsi (17
s., 17 s.), EHM-in proqram təminatı (17 s., 17
s.).
Hazırlanmış həmin proqramda orta təhsil
pilləsini bitirənlərin informatika üzrə
hazırlığına verilən tələblərdə (bölmələr üzrə)
ilk dəfə olaraq mətn redaktoru, qrafik redaktoru
və verilənlər bazasına, elektron cədvələ aid
bilik və bacarıqlar da öz əksini tapmışdı.
Təəssüf ki, proqramın istifadə olunduğu bir neçə
ildə ona uyğun dərslik hazırlanmadığından
müəllimlər ayrı-ayrı dərsliklərdən, xüsusilə rus
dilində olan dərsliklərdən istifadə etmək
məcburiyyətində qaldılar.
Uzunmüddətli vahid tədris planından istifadə
cəmiyyətimizdə gedən demokratik dəyişikliklər
nəticəsində öz dövrünü başa vurdu. 1999-cu ilin
15 iyununda Azərbaycan Respublikası Prezidenti
Heydər Əliyevin "Azərbaycan Respublikasının
təhsil sahəsində İslahat Proqramının təsdiq
edilməsi haqqında" 168 saylı sərəncamı
imzalandı. İslahatın əsas istiqamətlərində təlim
və tərbiyənin məzmununda "Eyeni təhsil
texnologiyasının əsas komponentlərindən biri
olan multimedia, monitorinq və sair sistemlərin
yaradılması məqsədilə təhsil sistemi
müəssisələrinin kompüterləşdirilməsi və
mərkəzləşdirilmiş informasiya sistemləri
proqramını hazırlamaq və təbliğ etmək" qarşıya
qoyulurdu. Azərbaycan Respublikası təhsil
nazirinin 3 aprel 2000-ci il tarixli 280 saylı
əmri ilə ümumtəhsil məktəblərinin yeni bazis
tədris planları təsdiq edildi və 2000-2001-ci
dərs ilindən bu tədris planı tətbiq olunmağa
başlandı. Yeni tədris planının əvvəlkindən ən
müsbət cəhəti onda idi ki, məktəblərə geniş
səlahiyyət verilir və təhsil sahələrinə müvafiq
əlavə saatlar ayırmağa imkan yaranırdı.
Qeyd edək ki, 1982-ci ildə SSRİ Maarif
Nazirliyində mikro-EHM-lərin təhsil sisteminə
həm tədrisin texniki vasitəsi kimi, həm də
öyrənmə sahəsi kimi tədricən daxil edilməsi
haqqında qərar qəbul edilmişdi. Yenidənqurma
ərəfəsində məktəb islahatlarının əsasını qoyan
normativ-hüquqi sənədlərdə kompüterləşmə
məktəblərin inkişafının vacib istiqamətlərindən
biri kimi qeyd edildi. Bu strateji istiqamətin
konkret məzmunla doldurulması sahəsində akademik
A.P.Yerşovun çox böyük xidmətləri oldu. 1984-cü
ilin sentyabrında SSRİ xalq təhsili
rəhbərlərinin təhsil islahatlarına aid
iclasında A.P.Yerşovun məruzəsində məktəblərin
kompüterləşməsinin ilk illərində (1982-1985)
informatika ideya və metodlarının tədricən,
mərhələlərlə məktəblərə tətbiq edilməsi
strategiyasına yenidən baxılması məsələsi
gündəmə gəldi. Belə ki, A.P.Yerşovun
məruzəsindən sonra məlum oldu ki, daha böyük
sürətlə işə başlamaq lazımdır. Ona görə də
hökumət müvafiq qərarlar qəbul etdi və nəticədə
sonrakı altı ayda çox böyük işlər görüldü. Belə
ki, IX-X siniflər üçün "İnformatika və hesablama
texnikasının əsasları" kursu üzrə 68 saatlıq
ilkin proqram hazırlandı, informatika üzrə I
hissə dərs vəsaitinin nümunəsi hazırlandı (IX
sinif) və kütləvi şəkildə nəşr edildi, I hissə
dərs vəsaiti nümunəsinə aid metodiki vəsait
yazıldı və nəşr edildi, 1985-86-cı illərdə 100
min müəllim (SSRİ üzrə) informatika üzrə kurs
hazırlığı keçdi, ölkənin pedaqoji ali
məktəblərində "İnformatika və hesablama
texnikası" mütəxəssislərinin hazırlanmasının
təşkilinə başlanıldı, məktəb kompüterlərinə
texniki tələblər işlənib hazırlandı, başlanğıc
informatika (praktikum) kursuna uyğun proqram
təminatı işlənib hazırlandı, "AQAT", KUVT-86
bazasında hesablama kabinetləri yaradıldı,
Yaponiyadan "YAMAHA" markalı fərdi EHM-lər
alındı və ölkə məktəblərinə paylandı, SSRİ və
müttəfiq respublikaların maarif nazirliklərində,
vilayət xalq təhsil şöbələrində, müəllimləri
təkmilləşdirmə institutlarında, peşə və orta
ixtisas təhsili sistemlərində informatika və
hesablama texnikası idarələri və şöbələri
yaradıldı, SSRİ PEA-nin Novosibirsk İnformatika
və Hesablama Texnikası Elmi-Tədqiqat İnstitutu
yaradıldı və inkişaf etdirildı, "İnformatika i
obrazovanie" Ümumittifaq jurnalı,
respublikamızda isə "Fizika və riyaziyyat
tədrisi" jurnalı istiqamətini genişləndirərək
məqalə müəllifinin də daxil olduğu redaksiya
heyətinin əzmkarlığı ilə "Fizika, riyaziyyat və
informatika tədrisi" elmi-nəzəri və metodik
məcmuə şəklində fəaliyyətini bərpa edərək nəşr
edilməyə başlanıldı, SSRİ Maarif Nazirliyinin,
eləcə də müttəfiq respublikaların təhsil
nazirliklərinin elmi-metodik şurasında
informatika bölməsi yaradıldı, İnformatika üzrə
II hissə dərs vəsaiti və ona uyğun müəllimlər
üçün metodik vəsait hazırlandı (X sinif),
müttəfiq respublika xalqlarının dillərinə
tərcümə edildi və kütləvi şəkildə nəşr edildi.
Eləcə də pedaqoji mətbuatda informatika
dərslərinə aid metodiki yazılara aid rubrikalar
açıldı, informatika kursuna aid ümumi həcmi
təxminən 100 saat efir vaxtı olan 20 televiziya
dərsi çəkildi və Ümumittifaq mərkəzi
televiziyası ilə nümayiş etdirildi. Yeri
gəlmişkən qeyd edim ki, respublika televiziyası
informatika üzrə ayda bir dəfə olmaqla birbaşa
sinfə veriləcək dərslər təşkil etdi, belə
dərslərin aparılması yerli mütəxəssislərə həvalə
edildi. Qürur hissi ilə deyim ki, bir il ərzində
o dərsləri televiziyada mən aparmışam. Sonralar
informatika üzrə stabil dərsliyin hazırlanması
üzrə Ümumittifaq müsabiqəsi təşkil olundu.
Məktəb hesablama texnikasına aid
sanitar-gigiyenik tələblər işlənilib hazırlandı.
O zaman SSRİ-nin tərkibində olduğumuz üçün bütün
qərar və göstərişlər təbii ki, bizim
respublikamıza da aid idi. Həmin qərarlar
çərçivəsində gələcəkdə informatika üzrə pedaqoji
kadrlar hazırlamaq məqsədi ilə Azərbaycandan da
pedaqoji ali məktəb müəllim və professorlarından
ibarət bir qrup riyaziyyatçı alim informatika
üzrə kurslara göndərildi. Kurslardan sonra bu
alimlər informatika və hesablama texnikasının
əsasları fənnindən ali məktəblərdə dərs deməyə
başladılar.
Tam siyahısını verə bilmədiyimiz yuxarıda
sadalanan tədbirlərin planlaşdırılmasına və
görülməsinə baxmayaraq, 1986-1991-ci illərdə
respublikamızda bu fənnin tədrisində çoxlu
problemlər var idi. Bu problemləri üç qrupa
ayırmaq olardı:
*
İxtisaslı kadr çatışmazlığı;
*
Maddi-texnika bazanın zəifliyi, kompüter
texnikasının çatışmazlığı;
*
Müvafiq elmi-metodiki vəsaitlərin azlığı.
İnformatika müəllimi kimi kadr çatızmazlığı çox
ciddi problem idi. İnformatika müəllimlərinə
böyük ehtiyac olduğundan Maarif Nazirliyi
pedaqoji təhsili olmayan texniki profilli elmi
işçiləri, mühəndisləri, riyaziyyatçıları da
informatika müəllimi kimi məktəblərdə çalışmağa
çağırdı. Bu çağırışa cavab verərək bu gün də
qabaqcıl informatika müəllimlərimiz Sevgüladə
Əzizova, Rafiq Qasımov, Mətanət Əhmədova, Aygün
Əzizova, Cəmalə Nəbiyeva və başqaları
məktəblərimizdə informatika müəllimi kimi
çalışmağa başladılar. Bu problemi həll etmək
üçün məktəblərin fizika və riyaziyyat
müəllimləri seçilərək müvafiq təkmilləşdirmə
kurslarına göndərilir və sonradan informatika
dərslərinin tədrisi üçün onlara icazə verilirdi.
Fənnin spesifikasını bir çox məktəb direktorları
da hiss etmirdi. Ona görə də bəzən təkcə
riyaziyyat və fizika müəllimləri deyil, dərs
saatı az olan digər fənn müəllimlərinə də bu
fənni tədris etmək həvalə olunurdu. Ali və orta
ixtisas məktəblərində başlanan kadr hazırlığı
bir neçə ildən sonra öz bəhrəsini verdi və
ildən-ilə bu problem və çatışmazlıqlar aradan
tədricən qaldırıldı.
1987-88-ci illərdə artıq bəzi məktəblərdə
Yaponiyadan alınmış "YAMAHA" kompüterləri var
idi. Bununla paralel olaraq Bakı şəhərindəki
Radio Zavodunda iş prinsipinə görə "YAMAHA"
kompüterlərinə oxşar "KORVET" elektron hesablama
maşınları da istehsal olunmağa başlandı. Bu
hesablama maşınları SSRİ-nin digər
respublikalarını da təmin edirdi. Bunlar "KUVT
KORVET" adlanan 13 ədəd fərdi kompüterdən
ibarət dəst idi, lakin imkanları məhdud idi.
Cəmiyyətin bir çox sahələrində artıq
çoxfunksiyalı İBM kompüterlərindən istifadə
olunurdu.
Odur ki, Moskvada SSRİ EA və SSRİ Elm və
Texnika Komitəsi Amerikadan İBM kompüterlərini
almaq qərarı verdi. Lakin bu bahalı
kompüterlərlə bütün məktəbləri təmin etmək də
çox çətin idi.
ABŞ ilə SSRİ arasında SSRİ məktəblərinə ilk dəfə
İBM PC/2 markalı xeyli fərdi kompüterlərinin
bağışlanması haqda birgə saziş imzalandı. Bu
fərdi kompüter dəstləri sinfi müttəfiq
respublikalara paylandı. Məktəblərin say
nisbətinə görə Azərbaycan Respublikasına da
təxminən 38 dəst İBM PC/2 kompüter sinfi
ayrıldı. İBM firması ilə birlikdə
respublikamızın ümumtəhsil məktəblərində həmin
kompüterlərin tətbiqi üzrə Ümumittifaq Pilot
Layihəsinin rəhbəri, eləcə də bu layihəni
dəstəkləyən "AzİNFO" mərkəzinin direktoru Ramin
Mahmudzadə idi. 1995-ci ilədək həmin mərkəz
informatika müəllimlərimizin metodiki kömək
üçün müraciət edə bildiyi yeganə mərkəz idi.
Tədrisdə informatika fənninin inkişafına nəzər
salanda yaddaqalan ən yaxşı hadisələrdən biri
də olimpiadalarla bağlıdır. 1987-ci ilin sonunda
informatika üzrə I Ümumittifaq Olimpiadasının
keçirilməsi qərara alındı. Respublikamızda isə
İnformatika üzrə ilk Respublika Olimpiadası
1990-cı ildə keçirildi. Belə ki, 1989/90-cı dərs
ilində əvvəlki illərdən fərqli olaraq
məktəblilərin fənn olimpiadalarının təşkili və
keçirilməsinə xüsusi diqqət və əhəmiyyət
verilmiş, bir sıra əməli tədbirlər görülmüşdü.
O zamankı Azərbaycan SSR Xalq Təhsili
Nazirliyinin 10 oktyabr 1989-cu il tarixli,
1100 nömrəli əmri ilə ciddi surətdə yenidən
işlənmiş "Məktəblilərin fənn olimpiadaları
haqqında Əsasnamə" təsdiq edildi,
olimpiadaların coğrafiyası daha da
genişləndirilərək olimpiada keçirilən fənlərin
sayı 4-dən 9-a çatdırılmış (olimpiada keçirilən
fənlərin sırasına informatika da daxil edilmişdi),
olimpiadaların məktəb və rayon (şəhər)
turlarında şagirdlərin VI sinifdən başlayaraq
iştirak etməsi nəzərdə tutulmuşdu.
Hazırda respublikamızda informatika üzrə
olimpiada geniş vüsət almış, məktəblilər
arasında daha da populyarlaşmışdır. İndi
informasiya və kommunikasiya texnologiyalarına
aid digər müsabiqələr də həm şagirdlər, həm də
müəllimlər arasında keçirilir. Belə ki, 2008-ci
ildən şagirdlər arasında "Gənc kompüter
istedadları" müsabiqəsi müxtəlif nominasiyalar
üzrə, müəllimlər arasında "İnnovativ müəllimlər"
müsabiqəsi keçirilir. Lakin informatika üzrə
Məktəblilərin Respublika Olimpiadası həm
əhəmiyyətinə, həm də dövlət dəstəyinə görə əsas
yer tutur. Digər tərəfdən, bu olimpiadanın
qalibləri İnformatika üzrə Beynəlxalq
Olimpiadada respublikamızın şərəfini qoruyurlar.
Məktəblilərimiz İnformatika üzrə Beynəlxalq
Olimpiadada 1994-cü ildən iştirak edir.
Nailiyyətlərimiz aşağıdakı cədvəldə
verilmişdir:
|
No |
Qaliblərin adı, soyadı |
Olimpiadanın keçirildiyi ölkə |
İl |
Qazanılan medal |
1 |
Seyidli Elnur |
Bolqarıstan |
1996 |
Bürünc |
2 |
Neştun Denis |
Cənubi Afrika, Keyptaun |
1997 |
Bürünc |
3 |
Həsənov Tofiq |
ABŞ |
2003 |
Gümüş |
4 |
İbrahimov Maqsud |
Yunanıstan |
2004 |
Bürünc |
|
|
Məsul
katib
kimi
olimpiadanın
münsiflər
heyətinin
sədri
Ramin
Mahmudzadənin
uzun
illərdir
ki,
bu
olimpiadaların
yüksək
səviyyədə
təşkili
və
istedadlı
uşaqların
seçilməsinə
böyük
qayğı
və
gərgin
əmək
sərf
etdiyinin
şahidi
olmuşam.
İnformatikanın yalnız yuxarı təhsil pilləsində
tədrisinin kifayətləndirici olmaması bir çox
alim-pedaqoqlara, hətta ilk informatika
proqramını işləyib hazırlayan qrupun rəhbəri
A.P.Yerşova da aydın idi.
1990-cı ilin əvvəllərindən, yəni inormatika
kursunun tədris planına daxil edilməsindən cəmi
5 il sonra informatika təliminin yeni strukturu
haqqında müxtəlif eksperimentlər aparılmağa
başlanıldı. Yeni strukturun əvvəlkindən əsas
fərqi onda idi ki, təlimin məzmunundakı bir sıra
vacib məsələlər aşağı sinif şagirdləri üçün də
nəzərdə tutulurdu.
Hələ 90-cı illərdə məktəb təhsilinin müxtəlif
pillələri üçün informatika üzrə təlimin
məzmununun formalaşdırılmasına yanaşmalar
informatika təliminə aşağı siniflərdən
başlamaqla fasiləsiz təhsil tendensiyasına
yönəlmişdi.
Məktəb informatika kursunun ilk proqramının
işlənməsində əsas 3 (üç) bazis
anlayışına-informasiya, alqoritm və EHM-ə
istinad edilmişdi. EHM-də praktiki işlərin
aparılmasının təşkilindən asılı olaraq X sinifdə
kursun həcmi və məzmunu iki variantda (tam və
qısa) aparılırdı. EHM-i olan məktəblərdə əlavə
34 dərs saatı EHM-də müxtəlif riyazi və fiziki
məsələlərin həllinə, kompüterlərdə iş və onların
proqram təminatının tətbiqi vərdişlərinin
qazanılmasına verilirdi.
Kursun bu ilk variantının ətraflı
məntiqi-didaktik təhlili müəllimlər üçün xüsusi
hazırlanmış iki hissədən ibarət kitablarda
verilmişdi.
İlk proqramda konkret təlim məqsədi kimi
şagirdlərin kompüter savadlılığının (KS)
yüksəldilməsi qarşıya qoyulmuşdu. Lakin
müəllimlər üçün hazırlanmış ilk metodik kitabda
kompüter savadlılığının yüksəldilməsinin
şagirdlərin alqoritmik mədəniyyətinə (AM) "maşınla"
bağlı komponentləri əlavə etmək yolu ilə
mümkünlüyü təhlil edilirdi. Başqa sözlə,
alqoritmik mədəniyyətdən kompüter savadlılığına
AM
Þ
KS
®…
keçidi təbii idi.
İlk proqramın tətbiqindən heç bir il keçməmiş
məlum oldu ki, məktəb informatika kursunun
tədrisi məqsədlərini belə məhdudlaşdırmaq olmaz
və yaxın gələcək üçün bu məqsədlər
genişləndirilməlidir. Yeni məqsəd şagirdlərin
informasiya mədəniyyəti (İM) ilə bağlı idi. Onda
informatika üzrə təhsil məqsədlərini
AM
Þ
KS
Þ
İM
Þ…
sxemi ilə vermək olar.
Sxemin sonundakı (E) məqsədlərin ildən-ilə
genişlənməsinin zəruriliyini göstərir. Məsələn,
müasir dövrdə məktəb informatika kursunun əsas
məqsədlərindən biri şagirdlərin yeni informasiya
və kommunikasiya texnologiyaları (İKT) ilə
tanışlığıdır. Yəni bu məqsədi həmin sxemə artıq
əlavə etmək olar. AM
Þ
KS
Þ
İM
Þ
İKT
Þ…
Onu da qeyd edək ki, məktəb informatika kursunun
tədrisi məqsədlərinə belə təshihlər edilməsi
təkcə informatika elminin inkişafı ilə deyil,
həm də digər amillərdən asılıdır. Gələcəkdə də
belə yeni məqsədlər ola bilər.
1990-cı ilədək hazırlanmış və istifadə edilən
proqramlarda kursun məzmunu üç fundamental
anlayışa - informasiya, alqoritm, EHM-ə
əsaslanırdı.
Ona görə də yeni şəraitə uyğun informatika
proqramının hazırlanması zərurəti nəticəsində
məqalə müəllifi-Akif Əliyev və Ramin Mahmudzadə,
Nəbi Mahmudov, Oqtay Nəbiyevin daxıl olduğu
müəlliflər qrupu tərəfindən ümumtəhsil
məktəblərinin yeni informatika proqramları
hazırlanıb təsdiq edildi və tətbiqinə
başlanıldı.
Yeni proqram müasir tipli kompüter texnikası
olan ümumtəhsil məktəblərinin V, X-XI sinifləri
üçün nəzərdə tutulmuş, həmçinin ümumtəhsil
məktəblərinin eksperiment aparılan I sinifləri
üçün informatika (məsələ və oyunlarda) kursunu
əhatə edirdi. Həmin proqramlara uyğun dərsliklər
olmadığından fənn müəllimləri əvvəlki dərsliyin
sonradan yenidən işlənmiş nəşrlərindən və rus
dilində olan dərs vəsaitlərindən istifadə etmək
məcburiyyətində idilər.
R.Ə.Əliyev, T.M.Əliyev, M.Ə.Salahlının IX-X
siniflər üçün hazırladıqları dərslikdə
alqoritmlər, kompüterin hesabı və məntiqi
əsasları, proqramlaşdırmanın əsasları, Beyzik
proqramlaşdırma dili, əməliyyat sistemləri
haqqında geniş məlumat verilirdi. Lakin yeni
proqramda olan məzmun tam əhatə olunmurdu. Ona
görə də yeni dərsliyin hazırlanması zərurəti
yaranırdı.
Azərbaycan Respublikası Təhsil Nazi
rliyi tərəfindən 2005-ci ildə təsdiq edilmiş
"2005-2006-cı dərs ili üçün ümumtəhsil
məktəblərinin tədris planı"nda "Riyaziyyat və
informatika" təhsil sahəsi üzrə informatikaya X
və XI siniflərdə həftədə 1 saat olmaqla cəmi 2
saat vaxt verilmişdi. Lakin tədris planına dair
qeydlərin 5-ci bəndində və 2.9-cu alt-bəndində
həmin dərslərə əlavə saatların necə ayrılması
haqqında və eləcə də ixtisaslı kadrları və
müvafiq kompüter texnikası olan məktəblərin I
və V siniflərində fənnin tədrisi tövsiyə
olunurdu.
Ona görə də yeni tədris planına uyğun
informatika proqramının hazırlanması zərurəti
nəticəsində Ramin Mahmudzadə, Akif Əliyev, Nəbi
Mahmudov, Bilal Hüseynov, İradə Səfərovanın
daxıl olduğu müəlliflər qrupu tərəfindən
ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün
yeni informatika proqramları hazırlanıb Təhsil
Nazirliyinin 30 dekabr 2004-cü il tarixli, 978
saylı əmri ilə təsdiq edildi və tətbiq
edilməyə başlanıldı.
Sonrakı illərdə də ayrı-ayrı lisey və
məktəblərdə ilk təşəbbüslər olmuş, Bakı şəhəri
Nəsimi rayonunun 41 nömrəli məktəbində V
sinifdən (Təhsil Nazirliyinin 11.09.2001-ci il
tarixli, 46-14-4546/16 nömrəli məktubu), Xətai
rayonu R.Məmmədov adına 269 nömrəli məktəbdə I
və V siniflərdə (məktəb direktorunun Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunun
direktoruna 25.06.2002-ci il tarixli, 35 nömrəli
məktubu) informatikanın məqalə müəllifinin də
daxil olduğu qrupun tərtib etdiyi eksperiment
proqramla tədrisinə başlamışdılar.
Lakin bütün bu təşəbbüslər müvafiq elmi-metodiki
araşdırmalar olmadan aparıldığından uğurla
nəticələnməmiş, yeni tədqiqat, dərslik və
didaktik vəsaitlərə ehtiyac yaranmışdı.
2005-ci idə V siniflər üçün ilk dəfə Azərbaycan
dilində informatika dərsliyi məqalə müəllifinin
də daxil olduğu müəlliflər qrupu tərəfindən
hazırlanıb istifadəyə verildi və bu dərslik indi
də istifadə olunur.
2006-cı ildən başlayaraq informatika fənni I
sinifdən tədris edilməyə başlandı və
R.Mahmudzadə, İ.Sadıqov və başqalarının daxil
olduğu müəlliflər qrupu tərəfindən I-IV, VI-XI
siniflər üçün informatika dərslikləri, eləcə də
müvafiq metodiki vəsaitlər hazırlanıb
şagirdlərin istifadəsinə verilmişdi.
Təhsil Sektorunun İnkişafı Layihəsinə
əsasən,"Ümumi təhsilin keyfiyyəti və real
tələbatlara uyğunluğu" komponenti çərçivəsində "Kurikulum
islahatı" alt-komponenti üzrə icra planına uyğun
olaraq Təhsil Nazirliyinin 08.02.2006-cı il
tarixli, 87 nömrəli əmri ilə bütün fənlər, o
cümlədən informatika fənn kurikulumunun və
müvafiq qiymətləndirmə standartlarının
hazırlanması məqsədilə işçi qrupu yaradıldı.
Qrupa BDU-nun kafedra müdiri Ələkbər Əliyev,
alimlərdən Ramin Mahmudzadə, Zemfira Tağıyeva,
Əlövsət Əliyev, Firudin Ağayev, Bilal Hüseynov,
metodistlərdən Akif Əliyev, Hidayət Tağıyev,
fənn müəllimlərindən Aygün Əzizova, Mətanət
Əhmədova, Fatma Hacıyeva, Valid Məhərrəmov və
başqaları daxil idi. Həmin qrup I-IV siniflər
üçün informatika fənn kurikulumunu hazırladı,
nazirliyin müvafiq əmri ilə 2007-2008-ci tədris
ilindən həmin kurikulum eksperiment qaydasında
bir neçə məktəbdə tətbiq edilməyə başladı.
2008-2009-cu tədris ilindən başlayaraq bütün
ümumtəhsil məktəblərinin I siniflərində həmin
kurikulum tətbiq edilməyə başlanıb və hər il
ardıcıl olaraq hər sinif üçün bu kurikuluma
uyğun Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə
İsayeva və başqaları daxil olan müəlliflər qrupu
tərəfindən hazırlanmış dərslik, işçi dəftəri və
metodik vəsaitdən istifadə olunur. Növbəti dərs
ilində IV siniflər yeni kurikulumla tədrisə
davam ediləcəkdir. 2009-cu ildə isə V-XI
siniflər üçün informatika fənn kurikulumu
hazırlanaraq layihə şəklində "Azərbaycan
müəllimi" qəzetinin 12 iyun 2009-cu il tarixli
nömrəsində çap edilmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, fənnin tədrisində
olan problemlərdən biri məktəblərin texnika ilə,
informasiya və kommunikasiya texnologiyaları ilə
təminatı idi.
Əvvəla respublikamızda ilk dəfə yalnız 1991-ci
ildə elektron poçt xidmətindən istifadə olunmağa
başlanıb. İnternet bağlantısı Rusiyanın "Relcom"
şirkətinə məxsus kanallar vasitəsilə həyata
keçirilib. İnternet bağlantısının sürəti isə
cəmi 9600 Kbit/s olub, "Relcom" şirkəti özü isə
Avropanın EUNet şəbəkəsi vasitəsilə İnternet
şəbəkəsinə 2Mbit/s sürətlə bağlanırdı.
1995-ci ilin əvvəllərində Azərbaycan Milli
Elmlər Akademiyasının ASU laboratoriyasında
Azərbaycanda ilk dəfə olaraq İnternetə qoşulma
həyata keçirilib. İnternet bağlantısı üçün
Türkiyə kanallarından istifadə edilib və
bağlantının sürəti 9600 Kbit/s olub. İndi
ölkəmizin bir çox elmi-tədqiqat institutlarını,
elm, təhsil müəssisələrini birləşdirən AZRena
şəbəkəsinin özəyi də məhz AMEA-nın həmin qurumu
tərəfindən qoyulub.
1996-cı ildə İntrans şirkəti tərəfindən
Azərbaycanda ilk dəfə olaraq kommersiya
məqsədli İnternet xidmətləri təklif edilməyə
başlanıb və İnternetə qoşulmaq üçün Rusiyanınn
kanallarından istifadə edilib. İlkin dövrlərdə
qoşulma sürəti 64 Kbit/s olub. Məktəblərimizin
İnternet şəbəkəsinə qoşulmasında vahid
koordinasiya sistemi yox idi.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 21 avqust 2004-cü il tarixli, 355
nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə
təminatı Proqramı (2005-2007-ci illər)" bu
istiqamətdə atılmış ən əhəmiyyətli addım oldu.
Üçillik Proqram çərçivəsində 2005-2007-ci
illərdə 3693 məktəb 31677 kompüter, 1103 noutbuk
və proyektor dəsti, 2059 UPS, 2060 çap qurğusu
və digər İKT avadanlığı, 28661 masa, 23346 stul
ilə təchiz olunmuş, 1722 kompüter sinfi
yaradılmışdır. 1851 dəst şəbəkə avadanlığı
quraşdırılmışdır. Proqrama müvafiq olaraq 14
minə yaxın müəllim İKT üzrə treninqlərdən
keçmişdir. V-XI siniflərdə hər 29 şagirdə 1
kompüter nisbəti təmin edilmişdir.
Ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycan
tarixi, biologiya, fizika və kimya fənləri üzrə
elektron tədris resursları (multimedia CD) və
əyani vəsaitlər hazırlanıb məktəblərə
çatdırılmışdır. Bununla da Azərbaycan təhsil
sistemində İKT infrastrukturunun inkişafı və
İKT-nin tətbiqinin müasir standartlar
səviyyəsinə çatdırılması prioritet istiqamətə
çevrilmişdir.
Beynəlxalq təşkilatlarla əməkdaşlıqla yanaşı,
Təhsil Nazirliyi İKT-nin təhsil sistemində
tətbiqi üzrə dünyanın qabaqcıl ölkələrinin
təcrübəsindən də yararlanır. "Helwett Packard"
(HP) şirkətinin maliyyə dəstəyi ilə 2006-cı ilin
iyununda Təhsil Nazirliyinin nümayəndə heyəti
Böyük Britaniyanın Belfast şəhərində "Elektron
təlimi sahəsində innovasiyalar" mövzusunda
keçirilən beynəlxalq seminarda iştirak etmişdir.
"İntel" şirkəti uzun illərdir ki, dünyada
İKT-nin təhsil sistemində səmərəli tətbiqinə
yönəlmiş proqramlar həyata keçirir. "Gələcək
üçün təhsil" "İntel"in dünyada həyata keçirdiyi
7 innovasiya proqramından biridir. Proqram
ümumtəhsil, texniki peşə məktəblərinin və
pedaqoji ali məktəblərin müəllimlərinin
ixtisasının artırılmasına yönəlmişdir. Bu
proqram dünyanın 37 ölkəsində uğurla həyata
keçirilir. Rusiya və Ukraynadan sonra Azərbaycan
MDB məkanında 3-cü ölkədir ki, bu proqrama
qoşulmuşdur.
2005-ci ildə Mingəçevir şəhərində "KÜR"
Elektron Avadanlıqları Zavodu yaradılmış və indi
məktəblərimiz həmin zavodun istehsal etdiyi
kompüterlərlə təmin olunur.
İKT yalnız ümumi orta təhsil sistemində deyil,
ali təhsil müəssisələrində də geniş tətbiq
olunur. Hazırda kadr hazırlığını İKT üzrə
bacarıqlar aşılamadan həyata keçirmək mümkün
deyildir. İndi respublikamızın ali və orta
ixtisas məktəblərində informasiya və
kommunikasiya texnologiyaları sahəsində
ixtisaslar üzrə kadrlar hazırlanır. Bakı Dövlət
Universitetində, ADNA, ADPU, AMİ və digər ali
məktəblərdə, Bakı Kompüter Kollecində
informatika ixtisası üzrə həm müəllim, həm də
mühəndis kadrları hazırlanır.
Respublikamız müstəqillik qazandıqdan sonra İKT
üzrə qanunvericilik bazası da genişləndirilmış,
Prezident fərman və sərəncamları ilə bir sıra
sənədlər qəbul edilmişdir.
Beləliklə, ötən 25 il ərzində informatika üzrə
məktəb kursu daim yeniləşir və təkmilləşdirilir.
Perspektivdə isə görüləsi hələ çox işlər var.
Apardığımız araşdırmalar aşağıdakı təklifləri
irəli sürməyə imkan verir:
1. İnformatika kursunun məzmunu və tədrisi
yolları daim yeniləşdirilməli və tətbiqi proqram
təminatından asılı olaraq zənginləşdirilməlidir.
2. İnformatika kursunun həm kurikulumu, həm də
proqram-metodiki sistemi daim təkmilləşdirilməli
və yeniləşdirilməlidir.
3. Müəllimlərin hazırlığının məzmunu həm ali və
orta ixtisas məktəblərində, həm də
ixtisasartırma mərhələsində daim yeniləşməli və
zənginləşdirilməlidir. Xüsusilə ali məktəblərin
ibtidai təhsilin pedaqogikası və metodikası
ixtisası üzrə müəllim hazırlığının məzmununa
informatika üzrə daim yeniləşən biliklərin daxil
edilməsi vacibdir.
4. İnformatika üzrə fasiləsiz təhsil
konsepsiyası, fənnin kurikulumu istiqamətlərində
işlər davam etdirilməlidir.
5. Məktəblərin İnternetə qoşulması işi davam
etdirilməli, İnternetdən istifadə zamanı
uşaqların təhlükəsizliyi məqsədilə arzuolunmaz
kontentin filtrasiyasından istifadə edilməlidir.
Sonda qeyd edim ki, informatika sahəsinə daim
dövlət qayğısının göstərilməsi bu sahədə
müəllimlərimizin gələcəkdə də yeni uğurlar
qazanmasına inam yaradır.
Akif ƏLİYEV,
Təhsil Nazirliyinin TİMS
şöbəsinin baş məsləhətçisi,
akif_aliev@mail.ru |