Bu
günlərdə Hacıqabul şəhər 1 nömrəli tam orta
məktəbdə I, II, III siniflərin hazırladıqları
"Kurikulumların tətbiqi bizə nə verdi?" adlı
tədbir keçirildi. Tədbirdə şagirdlər 3 il
ərzində qazandıqları bilik və bacarıqları
nümayiş etdirir, kiçik səhnəciklərdə böyük
mənalar verən fikirlər ifadə edir, aparıcılıq
edir, şeirlər, yanıltmaclar söyləyirdilər. Kiçik
məktəblilər Dövlət rəmzlərimiz, Prezidentimiz
haqqında geniş və ətraflı məlumat verirdilər.
Onların
İKT-nin dərslərdə istifadə olunması haqqında öz
yaş səviyyələrinə uyğun fikirlər söyləmələri isə
bizi heyran etdi. Maraqlısı o idi ki, tədbir
zamanı heç bir müəllim uşaqların çıxışına
müdaxilə etmədi. Bu da kurikulum islahatının
şagirdlərin həyatında ən mühüm amillərdən
olduğuna sübutdur.
Şagirdlərin
çıxışını rayon məktəblərindən dəvət olunmuş
müəllimlər, Hacıqabul RTŞ-ın müdiri Ş.Məmmədov
və RİH-in nümayəndəsi E.Əmiraslanov da
dinlədilər. Şagirdlərin çıxışından sonra təhsil
şöbəsinin müdiri Ş.Məmmədov təəssüratını
bildirərək, tədbirin mühüm əhəmiyyət kəsb
etdiyini və dərs ili ərzində əldə olunan
nəticələrin belə qabarıq ifadəsinin böyük
mahiyyət daşıdığını qeyd etdi. Bütün müəllimlərə
bu yolda əzmlə addımlamağı tövsiyə etdi.
Dürdanə NƏZİROVA,
Hacıqabul şəhər 5 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi |