|
|
|
Ağcabədidə Milli
Qurtuluş Gününə həsr edilmiş şahmat turnirinə yekun vuruldu |
|
|
|
Ağcabədi Rayon
Uşaq Gənclər Şahmat Məktəbinin direktoru
Cavanşir Məmmədovdan aldığımız məlumata görə,
7-14 iyun tarixlərində məktəbdə 15 İyun - Milli
Qurtuluş Gününə həsr edilmiş şahmat üzrə rayon
turniri keçirilib. Turnirdə 100 nəfərə yaxın
şahmatçı iştirak edib. Beynəlxalq FİDE
qaydalarına uyğun olaraq İsveçrə sistemi üzrə
keçirilən yarışda şəhər 2 nömrəli orta məktəbin
V sinif şagirdi Aysun Bədəlova I, şəhər 1
nömrəli orta məktəbin IV sinif şagirdi Bəylər
Tağızadə II, şəhər 3 nömrəli məktəb-liseyin VII
sinif şagirdi Samir Əliyev isə III yerə layiq
görülüb. Qaliblər diplom və hədiyyələrlə
mükafatlandırılıb.
Direktor
bildirdi ki, hazırda məktəbdə məşğələlər davam
edir. Məktəbin yetirmələri iyul ayında
İsmayıllıda keçiriləcək şahmat olimpiadasına
ciddi hazırlaşırlar. Yeni istifadəyə verilmiş
şahmat məktəbinin ən müasir standartlara uyğun
olduğunu bildirən C.Məmmədov şagirdlərin şahmata
böyük maraq göstərdiyini nəzərə çatdırdı. Bu
işdə göstərdikləri köməkliyə görə Ağcabədi Rayon
İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova və
rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədova
minnətdarlığını bildirdi.
Niyazi RƏHİMOV |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|