Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 İyun 2011 - ¹23

 

Balacaların bayram sevinci

 

İyunun 14-də Bakıdakı 115 nömrəli körpələr evi-uşaq bağçasında 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirildi. Bağçanın al-əlvan şarlar, bayraqlarla bəzədilmiş həyətində keçirilən bayram tədbirini tərbiyə ocağının müdiri Şəfiqə Yaqubova açaraq iştirakçıları Milli Qurtuluş Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, dünya miqyasında tanınmış siyasətçi  və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra respublikada hökm sürən özbaşınalığa son qoyuldu, gələcək inkişafın bünövrəsini təşkil edən sabitlik bərqərar edildi, ölkəni bürümüş ağır böhran aradan qaldırıldı və  dövrün tələbinə uyğun köklü islahatlar həyata keçirilərək  xalqımız əmin-amanlığa, xoşbəxtliyə qovuşdu. Ş.Yaqubova ulu öndərin hakimiyyəti illərində olduğu kimi bu gün də uşaqlara göstərilən dövlət qayğısından danışdı. O, gələcəyimiz olan uşaqların böyüməsində və təhsil almasında ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi işlərdən söhbət açdı.

Tədbirin aparıcısı, məktəbəhazırlıq qrupunun tərbiyəçisi Bahar Balabəyova Milli Qurtuluş Günü münasibəti ilə bağçanın kollektivini və qonaqları təbrik etdi. O, 1993-cü ilin 15 iyununun Azərbaycan xalqı üçün böyük tarixi-siyasi əhəmiyyəti barədə məlumat verdi.

"Əsgər marşı"nın sədaları altında, əllərində kiçik  bayraqlar  meydana daxil olan balaca fidanlar müstəqil Azərbaycanın qurucusu, uşaqların sevimlisi, ulu öndər Heydər Əliyevə həsr edilmiş "Bizim Heydər babamız"  mahnısını ifa etdilər, şeirlər söylədilər, rəqs nömrələri göstərdilər. 

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov