İyunun 14-də
Azərbaycan Dövlət Pedaqoji Universitetində
(ADPU) 15 İyun - Milli Qurtuluş Gününə həsr
olunmuş tədbir keçirilib.
Tədbiri giriş
sözü ilə ADPU-nun rektoru, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü Yusif Məmmədov
açaraq, əlamətdar gün münasibətilə kollektivi
təbrik edib, tədbirin əhəmiyyətindən danışıb.
Bildirib ki,
1993-cü ilin 15 iyunu Azərbaycan xalqı üçün çox
əlamətdar və böyük tarixi-siyasi əhəmiyyət kəsb
edən bir gündür. Məhz həmin vaxt xalqımız öz
dahi oğlu, ulu öndər Heydər Əliyevin müdrikliyi,
siyasi uzaqgörənliyi, böyük səyləri və
fədakarlığı sayəsində vətəndaş müharibəsi
təhlükəsindən xilas olmuş, sabitlik və tərəqqi
yoluna çıxmış, ölkəmizdə əsl milli dövlət
quruculuğu prosesi başlanılmışdır. Yaxın tarixi
keçmişimizə nəzər saldıqda görürük ki, 1993-cü
ilin 15 iyunu, sözün həqiqi mənasında,
xalqımızın həyatına böyük tarixi hadisə kimi
daxil olmuşdur. Ötən əsrin sonlarında dünyada
gedən qlobal ictimai-siyasi proseslər Azərbaycan
xalqının həyatına da böyük təsir göstərmişdir.
Keçmiş SSRİ-nin süqutu, eləcə də xalqımızın
milli-azadlıq mübarizəsi müstəqil milli
dövlətimizin qurulması ilə nəticələnmişdir.
Xalqımız ötən yüzilliyin sonlarında yenidən
milli dövlətçiliyini bərpa etmişdir.
ADPU-nun
kafedra müdiri Mais Əmrahov, dosent Nazir Əsədov
və başqaları ümummilli lider Heydər Əliyevin
tarixi xidmətlərindən danışıblar. |
|