İyunun
14-də Bakı Dövlət Universitetində Milli Qurtuluş
Günü münasibətilə tədbir keçirilib. Tədbiri
giriş sözü ilə açan universitetin rektoru,
akademik Abel Məhərrəmov bildirib ki, bütün
dünya miqyasında tanınmış siyasi və dövlət
xadimi kimi adını tarixə yazmış ümummilli lider
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışını - Milli Qurtuluş Gününü qeyd edirik.
Bu, Azərbaycan xalqı üçün çox böyük bir bayram,
möhtəşəm bir tarixi hadisədir. Heydər Əliyev
hakimiyyətdə olduğu bütün illərdə Azərbaycanın
intibahı üçün çalışıb, Azərbaycan xalqının,
Azərbaycan torpağının adını bütün dünyada uca
zirvələrə qaldırıb, doğma vətənini hər yerdə
ləyaqətlə təmsil edib. Ulu öndərin ikinci dəfə
hakimiyyətə qayıdışından sonra Azərbaycan
fəlakət və xaosdan xilas olub, dövlət
çevrilişlərinə cəhdlərin qarşısı alınıb, "Əsrin
müqaviləsi" imzalanıb, Azərbaycan dünyanın ən
iri dövlətləri və beynəlxalq qurumları
tərəfindən etiraf olunub.
Rektor həmişə
dediyi bir fikri bu dəfə də xatırladıb: Xoşbəxt
o xalqdır ki, onun ümummilli lideri var. Xalq o
vaxt daha xoşbəxt olur ki, həmin siyasi kurs
ölkədə uğurla davam etdirilir. Bu gün ulu
öndərimizin qoyub getdiyi ənənələrin, ideyaların
ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi xalqımız tərəfindən böyük
sevinc və rəğbətlə qarşılanır.
Tədbirdə
iştirak edən YAP-ın icra katibi Əli Əhmədov və
digər rəsmi şəxslər bu günün əhəmiyyətindən, ulu
öndərimizin xalqın rifahı, Azərbaycanın gələcəyi
üçün yerinə yetirdiyi işlərdən danışıblar.
BDU-nun Mətbuat və informasiya şöbəsi |
|