Müşavirə
iştirakçılarını salamlayan təhsil naziri Misir
Mərdanov 2010-2011-ci tədris ilinin uğurla başa
çatdığını bildirib.
Birbaşa nazirliyin tabeliyində olan lisey və
gimnaziyaların fəaliyyətindən razılığını ifadə
edən nazir həmin təhsil müəssisələri
şagirdlərinin buraxılış imtahanlarında yüksək
nəticələr göstərəcəyinə ümidvar olduğunu
söyləyib.
Misir Mərdanov
"Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqələrində birbaşa nazirliyin
tabeliyində olan orta təhsil müəssisələrinin
fəal iştirak etdiyini nəzərə çatdırıb. Bu tədris
ocaqlarında çalışan müəllimlərin builki "Ən
yaxşı müəllim" müsabiqəsində göstərdiyi
nəticələrdən söz açan təhsil naziri qazanılmış
uğurların həmin məktəblərdə tədrisin
keyfiyyətinin bariz nümunəsi olduğunu qeyd edib.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən ölkə təhsilinin inkişafına xüsusi
qayğı göstərildiyini bildirən nazir son illərdə
orta təhsil müəssisələrində işin müasir tələblər
səviyyəsində qurulması üçün həyata keçirilən
tədbirlərin davamlı xarakter daşıdığını
vurğulayıb. Birbaşa nazirliyin tabeliyində olan
orta təhsil müəssisələrinin bütün ehtiyaclarının
vaxtında ödənilməsinin vacibliyini qeyd edən
təhsil naziri bununla bağlı müvafiq
tapşırıqlarını verib. Bu təhsil müəssisələrinin
fəaliyyətinin daha səmərəli təşkili baxımından
bir sıra digər məsələlərə toxunan nazir I
siniflərə qəbul, yuxarı sinif şagirdlərinin
yerdəyişməsi, müəllim-şagird nisbəti və
siniflərdə şagirdlərin sıxlığı ilə bağlı
fikirlərini bildirib.
Sonra birbaşa
nazirliyin tabeliyində olan lisey və gimnaziya
direktorları rəhbərlik etdikləri təhsil
müəssisələrinin mövcud vəziyyəti, görüləcək
işlər barədə məlumat verib, onları maraqlandıran
bir çox məsələlərə aydınlıq gətirilib. Müvafiq
məsələlər ətrafında müzakirələr aparılıb, bir
sıra təklif və tövsiyələr səsləndirilib. |