Bakıdakı
21 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
Sona Nağıyevadan aldığımız məlumatda bildirilir
ki, burada son vaxtlar müxtəlif mövzularda
keçirilən tədbirlər tərbiyəçiləri daha yaxşı
işləməyə sövq edir. Bağçada 75 uşağın
tərbiyəsi ilə beş tərbiyəçi müəllim məşğul
olur. Onlardan Kəmalə Əliyeva, Cəmilə
Əliyeva, Aynurə Rzayeva və başqaları
qruplarda məşğələləri yüksək səviyyədə qururlar
və balaca körpələrə əsl doğma ana qayğısı
göstərirlər.
Elə bu günlərdə bağçada keçirilən "Əlvida,
bağça" tədbiri də bu deyilənlərə əyani
sübutdur. Bağçada tərbiyə alan 22 uşaq artıq
birinci sinfə yola salınırdı. Uşaqlar böyük
sevinc içərisində Vətən, məktəb, bağça ilə
bağlı şeir söyləyir, mahnı oxuyur və rəqs
edirdilər.
Məktəbə yola salınan körpə balalara müxtəlif
hədiyyələr də verildi.
Sonda bağça ilə vidalaşan uşaqlar öz tərbiyəçi
müəllimləri ilə birlikdə xatirə şəkli çəkdirməyi
də unutmadılar.
Şakir CƏFƏROV |