Naxçıvan
Dövlət Universitetinin 2008-ci ildən fəaliyyət
göstərən SİFE (Students İn Free Enterrrise -
Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində)
komandası ilk ilindən başlayaraq innovasiyalı
təhsil rroqramlarının inkişafı, azad sahibkarlıq
fəaliyyətinin öyrədilməsi, sosial məqsədlərin
reallaşdırılması istiqamətində bir sıra uğurlar
əldə etmişdir.
Belə ki, 2009-cu ildə ölkənin ən nüfuzlu ali
məktəblərinin qatıldığı milli çempionatda
tələbələrimiz uğurla çıxış edərək III yerə layiq
görülmüş və ölkəmizi Mərkəzi Asiya və Cənubi
Qafqaz ölkələri arasında keçirilən yarışmada
təmsil etmək hüququ qazanmışdır. 2010-cu ildə
isə SİFE üzrə V respublika çempionatının qalibi
olmuşdur. Komanda çempion kimi həmin il Amerika
Birləşmiş Ştatlarının Los-Anceles şəhərində
keçirilən dünya çemrionatında iştirak etmiş,
nəinki ölkəmizi, Cənubi Qafqazı müvəffəqiyyətlə
təmsil etmişdir. 40 ölkənin ən güclü
universitetlərinin tələbə komandalarının iştirak
etdiyi çempionatın qrup mərhələsində Fransa,
Rusiya, Braziliya, Tailand kimi güclü rəqiblərlə
mübarizə aparan komanda IV yerə layiq
görülmüşdür.
Bu
yaxınlarda isə komanda SİFE Azərbaycan milli
yarışmasında qalib olmuşdur. SİFE üzrə VI milli
çempionatda Azərbaycanın tanınmış
universitetlərinin 14 güclü komandası 2 liqada
mübarizə aparmış, biznes, təhsil, ekologiya və
sosial sahələri əhatə edən 50-dən artıq layihə
icra olunmuşdur. Hər liqadan 2 komanda finala
çıxdıqdan sonra Azərbaycan Dövlət İqtisad
Universiteti, Azərbaycan Dövlət Neft
Akademiyası, Azərbaycan Tibb Universiteti və
Naxçıvan Dövlət Universiteti komandaları
arasında çempionluq uğrunda gərgin mübarizə
getmiş, NDU-nun SİFE komandası qalib gəlmişdir.
Yarışmada komanda 4 layihə ilə - qədim xalq
sənəti olan xalçaçılığın kəndlərdə yaşaması,
Naxçıvanda arıçılığın, dəri tədarükünün
inkişafı, muxtar respublikada gənc, enerjili
tələbələrin öz ixtisasları üzrə dərsdən sonra
boş vaxtlarında işə cəlb olunması kimi
layihələr ilə çıxış etmişlər. Layihələrlə bağlı
24 dəqiqəlik videoprezentasiya keçirilmiş, sonra
isə münsiflər heyətinin sualları
cavablandırılmışdır. Komandanın çıxışı
Azərbaycanda fəaliyyət göstərən nüfuzlu firma və
şirkətlərin rəhbərləri və mütəxəssislərindən
ibarət münsiflər heyəti tərəfindən yüksək
qiymətləndirilmişdir. Qiymətləndirmə "hansı
komanda kommersiya və iqtisadi anlayışları və
sahibkarlıq yanaşmasını tətbiq edərək ehtiyacı
olan insanların həyat səviyyəsinin və
keyfiyyətinin yüksəldilməsinə daha effektiv
təsir etmişdir" kriteriyasına görə aparılmışdır.
Komanda çempion kimi bu ilin oktyabrında
Malayziyanın paytaxtı Kuala-Lumrur şəhərində
keçiriləcək dünya çempionatında ölkəmizi təmsil
edəcək. Biz də komandanı Azərbaycan çempionu
olması münasibətilə təbrik edir, dünya kuboku
uğrunda yarışda qələbə arzu edirik!
Mehriban SULTAN |