Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - ¹22

 

Rusiyada pedaqoji təhsilin bütün səviyyələrinin modernləşdirilməsinə başlanılacaq

 

Rusiya Federasiyasında orta ümumi təhsil pulsuz olacaq. Bu barədə RF hökumətinin başçısı Vladimir Putin mayın 31-də "Ümumrusiya Pedaqoji Yığıncağı" ictimai təşkilatının qurultayındakı çıxışında bildirib.  "Biz hökmən pulsuz ümumi təhsili qoruyub saxlayacağıq. Bu, bizim konstitusiyamızın baza prinsiplərindən biridir, ondan, əlbəttə ki, heç kim geri çəkilməyəcək",-deyən Putin əlavə edib ki, RF hökuməti məktəblərin maliyyələşdirilməsini davam etdirəcək. O qeyd edib ki, dövlət bütün təhsil prosesinin maliyyəsini - məktəblərin tikintisi, təmir olunması, avadanlıqların alınması, müəllimlərin əməkhaqlarının verilməsi kimi bütün xərcləri öz üzərinə götürəcək. Onun sözlərinə görə, dövlət standartları çərçivəsində bütün fənlərin büdcə hesabına tədrisi həyata keçirilməlidir.   Rusiya təhsil sistemini Amerika, Qərbi Avropa və ya Asiya modeli ilə müqayisə edənlərə cavab olaraq Putin qeyd edib ki, RF-nin öz yolu var, ölkədə təhsil sovet məktəbi də daxil olmaqla ən yaxşı ənənələri saxlayır.  

2016-cı ilə qədər ölkədə məhdud imkanlı şagirdlər üçün  məktəblərin sayının 8 dəfə artacağını bildirən hökumət başçısı bu qəbildən olan uşaqlar üçün təhsilin distant formasının geniş tətbiq olunmasını vacib sayıb. Putin təhsilin inkişafından danışarkən ölkənin Təhsil və Elm Nazirliyi qarşısında konkret vəzifələr qoyub. Baş nazir Təhsil və Elm Nazirliyinə ölkədə pedaqoji təhsilin bütün səviyyələrinin modernləşdirilməsi üçün təkliflər təqdim etməyi tapşırıb.  Onun sözlərinə görə, gələcək müəllim həm özünün baza fənnini, tədrisin ən qabaqcıl metodikasını mənimsəməli, həm də pedaqogikanın, uşaqların psixologiyasının bütün incəliklərindən, ümumtəhsil prosesinin bütün müasir texnologiyalarından baş çıxarmalıdır.

Putin məktəblərin gərəksiz hesabatlılığına son qoyulmasını tələb edib. Onun sözlərinə görə, administrativ baryerlər və lüzumsuz yoxlamalar məktəbin inkişafına mane olur.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov