Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - ¹22

 

Orxan Türkiyədə tələbələr arasında  keçirilən videosüjet müsabiqəsinin qalibi oldu

 

Son illər gənclərimizin xoş sorağını  xüsusilə respublikamızın hüdudlarından çox-çox uzaqlardan eşidəndə təbii ki, bir azərbaycanlı olaraq sevinir, qürur hissi keçiririk. Dünyanın inkişaf etmiş ölkələrinin ən nüfuzlu ali məktəblərində təhsil alan gənclərimiz yüksək bilik və bacarıq nümayiş etdirməklə yanaşı, müxtəlif səpgidə keçirilən tədbirlərdə də böyük həvəslə iştirak edərək öz fəallıqları ilə seçilirlər. Onlar sərbəst şəkildə fikir yürüdür, mövqelərini bildirir, Azərbaycan həqiqətlərini çatdırmağı bacarırlar. Respublikamızda gənclərin intellektual inkişafına, onlarda hərtərəfli dünyagörüşünün formalaşmasına xüsusi önəm verilməsinin nəticəsidir ki, müasir gənclərimiz  10-15 il əvvəlkilərdən xeyli fərqlənir. Xarici görünüşündən tutmuş, həyata baxışına, düşüncə tərzinə, təfəkkürünə qədər tam yeni, fərqli gənc nəsil formalaşıb. Yüksək intellekti və geniş dünyagörüşü ilə heç də Avropa gənclərindən geri qalmayan və onlardan daha üstün özünəməxsus cəhətləri ilə seçilən istedadlı gənclərimizin bu gün fəallıq nümayiş etdirməsi ölkəmizin gələcək inkişafının etibarlı əllərdə olacağından soraq verir.

Orxan İlqar oğlu Nadirov da belə istedadlı gənclərimizdən biridir. 2006-cı ildə Bakı Türk Anadolu Liseyini bitirən Orxan elə həmin il  qardaş Türkiyə Respublikasının  Hacəttəpə Universitetinə qəbul olundu. Həmin universitetin "İqtisadiyyatın idarə olunması və menecmenti" ixtisası üzrə təhsil alan azərbaycanlı gəncimiz hər zaman yüksək bilik və bacarığı ilə seçilməyə çalışıb və demək olar ki, buna nail olub. Hazırda sonuncu kurs tələbəsi olan Orxan təhsil aldığı illər ərzində seçdiyi ixtisasa mükəmməl yiyələnmək üçün var qüvvəsini səfərbər edərək, qazandığı nəticələri ilə fərqlənib. O, bütün bunlarla yanaşı, keçirilən tədbirlərdə də iştirak etməkdən, burada müxtəlif ölkələri təmsil edən gənclərlə ünsiyyətdə olmaqdan, xüsusilə onlara canı qədər sevdiyi doğma ölkəsi haqqında məlumat verməkdən böyük zövq alır.

Orxanın bu günlərdə qatıldığı tədbirlərdən biri də TRT AVAZ telekanalında türkdilli ölkələrdən olan və Türkiyədə təhsil alan tələbələr arasında "Ana, mən Türkiyədəyəm" mövzusunda keçirilən videosüjet müsabiqəsi oldu. Həmin müsabiqənin Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistandan olan iştirakçılarına özlərinin 1 günlük tələbə həyatlarından bəhs edən videosüjet hazırlamaq tapşırıldı. Adıçəkilən ölkələrin gənclərinin hazırladıqları videosüjetlər içərisində ən maraqlısı məhz Orxanın çəkdiyi süjet oldu. Tələbəlik həyatının ən maraqlı, yaddaqalan məqamlarını peşəkarcasına lentə alıb onu daha orijinal şəkildə təqdim edən gəncimiz geniş tamaşaçı kütləsinin rəğbətini qazandı. Tələbəlik həyatının çətinliyindən, gənclik illərinin şirinliyindən çox maraqlı və yumoristik tərzdə bəhs edən Orxan aparıcının dediyi kimi, "hər kəsi kövrəltdi".  Beləliklə, 5 ölkənin tələbə gənclərinin içərisindən Orxan Nadirovun hazırladığı videosüjet münsiflər heyətinin qərarına əsasən müsabiqənin qalibi hesab olundu. Qalib seçilən gəncimiz noutbukla mükafatlandırıldı. O, həmçinin Türkiyədə 1 həftəlik  səyahət etmək imkanı əldə etdi.

Bəli, növbəti bir azərbaycanlı gəncimizin uğurundan söz açdıq. Sevindiricidir ki, belə istedadlı  gənclərimizin sayı artmaqdadır.

Hər bir gəncimizə harada oxumasından, işləməsindən, yaşamasından asılı olmayaraq doğma Azərbaycanımızı hər zaman layiqincə təmsil etməyi arzulayırıq. 

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov