Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - ¹22

 

Azərbaycan məktəbliləri Beynəlxalq İnformatika Olimpiadasına hazırlaşırlar

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və "İnfomas" ictimai birliyinin təşkilati və elmi-metodiki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan məktəblilərinin bu il Tailandda keçiriləcək 23-cü Beynəlxalq İnformatika Olimpiadasında (BİO) iştirak etməsi üçün hazırlıq işlərinə başlanılmışdır. Bu məqsədlə AMEA İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin nəzdində Olimpiya Mərkəzi yaradılmışdır.

Olimpiya Mərkəzində iyun ayının 1-də başlanmış treninqlər Bakı Dövlət Universitetinin dosenti, Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadənin rəhbərliyi altında İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət Universiteti və digər ali təhsil müəssisələrinin aparıcı alim və mütəxəssisləri tərəfindən aparılır. İyul ayının 17-dək davam edəcək hazırlıqların başlıca məqsədi komanda üzvlərinin informatikanın riyazi əsasları, alqoritmlərin işlənib hazırlanması və analizi,  kombinatorika, hesablama metodları və modelləşdirmə, dinamik proqramlaşdırma, ehtimal nəzəriyyəsi, oyunlar nəzəriyyəsi və s. sahələrdə bilik və bacarığını daha da artırmaq, bu biliklərin mürəkkəb məsələlərin həllində tətbiq edilməsi qabiliyyətini formalaşdırmaqdır.

İnformasiya texnologiyaları sahəsi üzrə hər il keçirilən bu bilik yarışında dünyanın 80-dən artıq ölkəsindən orta məktəb şagirdləri iştirak edir. Bu il Tailandın kurort məkanı Pattayada iyulun 22-dən 29-dək keçiriləcək 23-cü BİO-nun təşkilatçıları Tailand Təhsil Nazirliyi, Elm və Texnologiyaların İnkişafı İnstitutudur.

Olimpiadanın qaydalarına görə, hər bir komandanın tərkibində dörd məktəbli ola bilər. Əvvəlki illərdə olduğu kimi, bu il də komandamızın tərkibi müəyyənləşdirilərkən, informatika üzrə respublika olimpiadasının nəticələri, proqramlaşdırma üzrə tələbələr arasında keçirilmiş olimpiadanın nəticələri, beynəlxalq səviyyəli onlayn olimpiadaların nəticələri, o cümlədən şagirdlərin yaşı nəzərə alınmışdır. Sonuncu meyarın mahiyyəti ondan ibarətdir ki, təxminən eyni göstəriciləri olan iki məktəblidən daha aşağı sinifdə təhsil alan şagirdə üstünlük verilmişdir. Beləliklə, Tailand olimpiadasında ölkəmizi 8-11-ci sinif şagirdlərindən ibarət komanda təmsil edəcək. 

İlk dəfə 1989-cu ildə keçirilmiş informatika üzrə beynəlxalq olimpiada dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayır. Bu olimpiadanın keçirilməsində başlıca məqsəd aşağıdakılardır:

* dünyanın müxtəlif ölkələrində informatika sahəsində istedadlı şagirdlərin aşkara çıxarılması və onların birliyinin yaradılması, onlar üçün yarışların keçirilməsi və onların gələcək inkişafı üçün şəraitin yaradılması;

* dünyanın müxtəlif ölkələrində informatika sahəsində istedadlı şagirdlərlə işləyən pedaqoqların, alimlərin və ictimai xadimlərin birləşdirilməsi, onlar arasında dostluq münasibətlərinin qurulması;

* dünyanın müxtəlif ölkələrinin gənclərinin informatikanın öyrənilməsinə diqqətinin cəlb edilməsi və onların erkən peşə seçiminə yardım olunması;

* dünyanın müxtəlif ölkələrində məktəblilər arasında informatika üzrə yarışların populyarlaşdırılması və onlara marağın artırılması;

* informatika üzrə beynəlxalq olimpiadanın təşkilinə ölkələrin cəlb edilməsi.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov