Bakı Dövlət
Universitetinin nümayəndə heyəti Avropa
İttifaqının FP-7 Program NAPEP layihəsi
çərçivəsində Finlandiyanın Oulu Universitetində
keçirilən görüşdə iştirak etmişlər.
Universitetdən
AzərTAc-a bildirmişlər ki, görüşdə layihənin
əlaqələndiricisi, BDU-nun NANO elmi-tədqiqat
mərkəzinin direktor müavini Mustafa Muradovun,
aparıcı elmi işçi Qönçə Eyvazovanın, ETH-nin
rəisi, professor İradə Əliyevanın, Bərk cismlər
kafedrasının professoru Tariyel İsmayılovun,
kimya və fizika fakültələrinin magistrantlarının
məruzələri dinlənilmişdir.
Səfər
çərçivəsində Oulu Universitetinin və
Macarıstanın Szeged Universitetinin
professor-müəllim heyəti və tələbələrlə
keçirilən görüşlərdə mikro və nanoelektronikada
yeni üsullar, nanostrukturlar, karbon
nanoborular və onların tətbiqi, nanopeptidlər və
onların tibdə tətbiqi məsələləri müzakirə
olunub.
Avropa
İttifaqının FP-7 Proqramının NAPEP layihəsi
çərçivəsində növbəti görüşün sentyabr-oktyabr
aylarında BDU-da keçirilməsi nəzərdə
tutulmuşdur. |