"Elektron
təhsil" Respublika müsabiqəsinin təşkilat
komitəsindən aldığımız məlumata görə, müsabiqədə
iştirak edən layihələrin 2-ci mərhələdə
qiymətləndirilməsi əsasında nominantlar
seçilib.
Təqdim olunmuş
601 layihədən 98-i müsabiqənin nominantı
seçilərək mübarizəni davam etdirmək imkanı
qazanıb.
Təşkilat
komitəsinin qərarı ilə "Fənlərin tədrisində
İT-dən istifadə üzrə ən yaxşı metodika"
nominasiyası üzrə 30, "İbtidai təhsildə İT-dən
istifadə üzrə ən yaxşı metodika" nominasiyası
üzrə 22, "İKT-dən istifadə edilməklə qurulan
tədris prosesinin ən yaxşı modeli" nominasiyası
üzrə 32, "Müəllimlərin bloqları" və "Təhsildə
İnternet resurslar" nominasiyalarının hər biri
üzrə 7 nominant yeri müəyyən olunub.
"Elektron
təhsil" müsabiqəsinin qalibləri səsvermənin
sonuncu - üçüncü mərhələsində müəyyən olunacaq.
Bu mərhələ iyunun 15-nə qədər yekunlaşacaq.
Münsiflər heyəti bu mərhələdə hər bir
nominasiya üzrə nominant resurslar arasından
qalibləri mövcud meyarlar və qiymətləndirmə
prinsipləri əsasında seçəcək. Bu müddət ərzində
qeydiyyatdan keçən iştirakçılar nominant elan
olunan resurslar haqqında öz rəy və
şərhlərini yaza bilərlər. Qaliblərin
mükafatlandırılmasından ibarət olan yekun
təqdimat mərasiminin iyunun 20-dək keçirilməsi
nəzərdə tutulub.
"2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində həyata keçirilən
"Elektron təhsil" müsabiqəsi "Microsoft
Azərbaycan", "İntel" korporasiyasının "Gələcək
üçün təhsil" proqramı, AZEDUNET, "Ultra",
"Azerfon-Vodafone", HP və "Mədəd" təşkilatları
tərəfindən dəstəklənir.
Hicran ƏKBƏROVA |