İyunun 8-də
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr
Mişenko Bakı Slavyan Universitetində (BSU)
"Səfir saatı"nın qonağı olmuşdur.
BSU-dan
AzərTAc-a bildirmişlər ki, Ukrayna dilini
öyrənən tələbələrin və bu dili tədris edən
müəllimlərin iştirakı ilə keçirilən tədbirdə
universitetin prorektoru, professor Asif Hacıyev
Azərbaycan və Ukrayna əlaqələrindən və
əməkdaşlıq perspektivlərindən danışmışdır.
BSU-da
fəaliyyət göstərən Ukrayna Tədris-Mədəniyyət
Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən
A.Mişenko bildirmişdir ki, səfirlik mərkəzin
inkişafına daim dəstək olacaqdır. O, mərkəzin
ölkələrimiz arasında mövcud dostluq və
əməkdaşlıq əlaqələrinin güclənməsində mühüm rola
malik olacağını vurğulamışdır.
Sonda səfir
sualları cavablandırmışdır. |