Gənclər üçün
Təhsil Mərkəzi Azərbaycan Respublikasının
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi
"Regionlarda texniki peşə təhsilinin inkişafına
dəstək" layihəsinin yeni mərhələsinə
başlamışdır.
GTM-dən
AzərTAc-a bildirmişlər ki, beynəlxalq təcrübənin
öyrənilməsini nəzərdə tutan yeni mərhələdə
əsasən Avropa ölkələrinin texniki peşə təhsili
istiqamətində konsepsiyaları, gördükləri işlər,
əldə etdikləri uğurlar öyrəniləcək, ölkəmizdə
tətbiq edilməsi üçün təkliflər veriləcəkdir.
Artıq Almaniya, Böyük Britaniya, Litva və
Estoniyada bir neçə peşə təhsili mərkəzləri ilə
danışıqlara başlanılmışdır.
Ümumilikdə bu
layihə ölkə iqtisadiyya
tının inkişaf
tələblərinə uyğun regionlarda peşə ixtisas
kadrlarına yaranan tələbatın ödənilməsi, habelə
əhaliyə müasir peşə təhsili almaq imkanlarının
yaradılması üçün iqtisadi və sosial baxımdan
səmərəli texniki peşə təhsili sisteminin
formalaşdırılmasına xidmət etməyi, gənclərdə bu
sahəyə həvəs oyatmağı və texniki peşə təhsilinin
nüfuzunun qaldırılmasını nəzərdə tutur.
Növbəti
mərhələdə isə texniki peşə təhsili ilə bağlı
normativ-hüquqi aktlar bazasının
formalaşdırılması və təkliflərin hazırlanması
nəzərdə tutulmuşdur. Qeyd edək ki, indi
respublikada 114 texniki peşə təhsili müəssisəsi
mövcuddur. Onlardan 7-si işğal olunmuş
ərazilərdə fəaliyyət göstərmiş və hazırda
fəaliyyəti dayandırılmış peşə məktəbləridir.
Fəaliyyət göstərən texniki peşə təhsili
müəssisələrindən 47-si peşə liseyi, 60-ı isə
peşə məktəbidir. Respublikanın peşə məktəbi və
peşə liseylərində 101 peşə üzrə təlimlər
aparılır. |