Moskva Dövlət
Universitetində Mixail Lomonosovun anadan
olmasının 300 illiyinə həsr olunmuş
Məktəblilərin kimya üzrə 45-ci Beynəlxalq
Mendeleyev olimpiadası başa çatıb.
Bu dəfə 96
məktəbli - 15 ölkədən milli turnirlərin
mükafatçıları Moskvada biliklərini sınayıb. Gənc
kimyaçılar üç-iki nəzəri və bir praktik turda
mübarizə aparıblar. Münsiflər heyətinin qərarı
ilə 57 iştirakçı qızıl, gümüş və bürünc
medallarla təltif olunub. Rusiyalılar komanda
hesabında mütləq lider olublar.
Olimpiadanın
sponsorları daha istedadlı məktəbliləri qiymətli
prizlərlə (mükafatlarla) qeyd ediblər. "Mütləq
çempion" nominasiyasında üç turun nəticələrinə
görə ən yüksək bal toplamış Belarus
Respublikasından olan Mixail Kovalçuk qalib
gəlib. Rusiyalı Maksim Kozlov ən yaxşı
nəzəriyyəçi, qazaxıstanlı Ernur Tolen isə ən
yaxşı təcrübəçi hesab olunub.
Y.ƏLİYEV |