Bu
günlərdə Şuşa Humanitar Kollecində Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümünə həsr olunmuş "Heydər
Əliyev və müstəqil Azərbaycan dövlətinin
inkişafı" mövzusunda elmi-praktik konfrans
keçirildi. Konfransı giriş sözü ilə kollecin
direktoru Rəsul İsmayılov açdı. O, Heydər
Əliyev şəxsiyyətini səciyyələndirərək qeyd etdi
ki, Azərbaycan tarixində dövlətçilik ənənələrini
formalaşdıran çox görkəmli şəxsiyyətlər
içərisində müstəqil Azərbaycan dövlətinin
qurucusu Heydər Əliyevin öz yeri var.
Azərbaycan xalqının dövləti və dövlətçiliyinin
taleyi ilə sıx bağlı olan, iqtisadiyyatımızda,
milli ideologiya və mənəviyyatımızda,
mədəniyyətimizdə, elmimizdə, təhsilimizdə,
səhiyyəmizdə və digər sahələrdə misli görünməyən
işlər görmüş ümummilli liderimiz Heydər Əliyevin
misilsiz fəaliyyəti xalqımızın yaddaşından heç
vaxt silinməyəcək.
Sonra tərbiyə
işləri üzrə direktor müavini Könül Hüseynova
"Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin
inkişafı", tədris hissə müdiri İslam Əhmədov
"Heydər Əliyevin elm və təhsil siyasəti",
kollecin pedaqogika müəllimi Sevinc Səfixanova
"Heydər Əliyev və mədəniyyət" və tələbə
təşkilatının sədri Səbuhi Rəsulov "Heydər Əliyev
və gənclik" mövzularında məruzələr etdilər.
Tədbirdə çıxış
edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının
müavini Vüsalə Fətəliyeva müstəqil Azərbaycan
dövlətinin qurucusu, ümummilli lider Heydər
Əliyevin müstəsna xidmətlərindən danışdı.
Ruhiyyə RZAYEVA |
|